Tarix:22/01/15
“The Wall Street Journal” qəzetinin elektron versiyasında dərc edilmiş məqaləyə əsasən, ABŞ-ın “Google Inc.” korporasiyası simsiz rabitə xidmətini istifadəyə verməyə hazırlaşır.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “Google” internet şirkəti ABŞ-ın “Sprint Corporation” telekommunikasiya şirkəti və Avropanın “T-Mobile” holdinq şirkəti ilə müvafiq razılaşma əldə etdikdən sonra planın icrasına başlayacaq.
Qəzet yazır ki, internet nəhənginin bu addımı çox güman ki, simsiz rabitə xidməti göstərən başqa şirkətləri qiymətləri azaltmağa və qoşulmanın keyfiyyətini yaxşılaşdırmağa məcbur edəcək.
Nəşrin mənbələri “Google”un öz yeni xidmətini nə vaxt və harada təqdim edəcəyini dəqiqləşdirməyib.
2012-ci ildən “Google” şirkəti “Google Fiber” brendi altında fiber-optik rabitə xətlərinin köməyi ilə genişzolaqlı internetə çıxış imkanı yaradır. İnternetin sürəti 1 Qbit/san-yə çatır. Layihə ilk öncə yalnız Missuri ştatının Kanzas-Siti şəhərində işə salınıb, ancaq şirkət bu layihəni genişləndirməyi planlaşdırır.
Emil Hüseynov
“Google” simsiz rabitə xidməti göstərəcək
“Google” internet şirkəti ABŞ-ın “Sprint Corporation” telekommunikasiya şirkəti və Avropanın “T-Mobile” holdinq şirkəti ilə müvafiq razılaşma əldə etdikdən sonra planın icrasına başlayacaq.“The Wall Street Journal” qəzetinin elektron versiyasında dərc edilmiş məqaləyə əsasən, ABŞ-ın “Google Inc.” korporasiyası simsiz rabitə xidmətini istifadəyə verməyə hazırlaşır.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “Google” internet şirkəti ABŞ-ın “Sprint Corporation” telekommunikasiya şirkəti və Avropanın “T-Mobile” holdinq şirkəti ilə müvafiq razılaşma əldə etdikdən sonra planın icrasına başlayacaq.
Qəzet yazır ki, internet nəhənginin bu addımı çox güman ki, simsiz rabitə xidməti göstərən başqa şirkətləri qiymətləri azaltmağa və qoşulmanın keyfiyyətini yaxşılaşdırmağa məcbur edəcək.
Nəşrin mənbələri “Google”un öz yeni xidmətini nə vaxt və harada təqdim edəcəyini dəqiqləşdirməyib.
2012-ci ildən “Google” şirkəti “Google Fiber” brendi altında fiber-optik rabitə xətlərinin köməyi ilə genişzolaqlı internetə çıxış imkanı yaradır. İnternetin sürəti 1 Qbit/san-yə çatır. Layihə ilk öncə yalnız Missuri ştatının Kanzas-Siti şəhərində işə salınıb, ancaq şirkət bu layihəni genişləndirməyi planlaşdırır.
Emil Hüseynov
Baxış sayı: 871
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib