12px13px15px17px
Tarix:23/01/15

Məktəblilər arasında növbəti dəfə “Google SketchUp” proqramında ən yaxşı üçölçülü model” müsabiqəsi keçiriləcək

Bakı və Sumqayıt məktəbliləri üçün növbəti dəfə “Google SketchUp” proqramında ən yaxşı üçölçülü model” müsabiqəsi keçiriləcək. Fevral ayının son həftəsinə təsadüf edəcək müsabiqə VIII sinif şagirdləri arasında təşkil ediləcək.
 
Müsabiqəyə qeydiyyat fevral ayının əvvəllərində başlayacaq. Təşkilat Komitəsinin nümayəndəsi, “http://www.informatik.az/” saytının rəhbəri, əməkdar müəllimə Naidə İsayevanın sözlərinə görə, müsabiqənin Azərbaycanın bölgələrində də təşkili mümkündür: “Müsabiqənin bölgələrdə təşkilini hər hansı müəllim öhdəsinə götürə bilər. Mərkəz olaraq isə istənilən rayon mərkəzi seçilə bilər”.
 
N.İsayeva müsabiqənin yalnız VIII sinif şagirdləri arasında keçirilməsinə də aydınlıq gətirib: “VII sinif üzrə kurikulum standartlarında qrafik redaktorda şəkilçəkmə bacarıqları əks olunmayıb, eləcə də VII sinif dərsliyinə 3D qrafik redaktorda işə salınmayıb. Builki VIII siniflər isə keçən il bu proqramla tanış olublar və işləyiblər. Ümid edirəm, onların arasında gözəl modellər hazırlayanlar da var”.
 
 
Qeyd edək ki, ötənilki müsabiqənin iştirakçıları məhz VII sinif şagirdləri olublar. İştirakçılardan müsabiqənin davam etdiyi 1,5 saat ərzində fotoşəkildə göstərilmiş obyektin “3D” modelinin hazırlanması tələb olunub. İştirakçılara qarşı irəli sürülən digər tələblərə gəlincə, hər məktəbdən yalnız bir şagird müsabiqədə iştirak edə bilərdi. Həmin şagird məktəbin seçmə turunun qalibi olmalı idi.
 
Müsabiqəyə təqdim edilən işlər ekspertlər tərəfindən qiymətləndirilir. Seçim meyarlarına modelin orijinala uyğunluğu, xarici görünüş, minimum hazır komponentlərdən istifadə kimi şərtlər daxildir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 2300

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024