Tarix:24/01/15
"Google" 2011-ci ildə 12,5 milyard dollara "Motorola Mobility" smartfon istehsalçısını satın alıb, amma 3 il sonra onu 2,91 milyard dollara satıb. Zərərə baxmayaraq, axtarış nəhəngi çox vacib patentlərə sahibləndi.
İnternet nəhəngi 2014-cü ildə 3,2 milyard dollara enerjiyə qənaət edən termostat, tüstü və karbon qazı ötürücüsü istehsal edən "Nest Labs" firmasını satın alıb.
"DoubleClick" internet reklam nəhəngini "Google" 3,1 milyard dollara satın alıb. "Google" "DoubleClick" uğrunda mübarizədə "Microsoft"u qabaqlayıb.
2006-cı ildə "Google" 1,65 milyard dollara "YouTube" videohostinqini satın alıb. İndi "YouTube"un auditoriyası 1 milyarddır və aylıq 6 milyard saatlıq video izlənilir, həmçinin dəqiqədə 100 saatlıq məzmun yüklənir.
"Google" tərəfindən satın alınan İsralin "Waze" (966 milyon dollar) startapı mobil qurğular üçün eyni adlı kartoqrafiya xidmətini hazırlayır. Bu xidmətin köməyilə internet nəhəngi "Google Maps" xidmətinin auditoriyasını smartfon və planşet istifadəçiləri arasında artırıb.
2009-cu ilin noyabrında "AdMob"un 750 milyon dollara satın alınması "Google"un mobil istiqamətini gücləndirib və reklam imkanlarının "Android" platformasına inteqrasiyasına imkan verib. Həmçinin "Google" "iTA Software" (700 milyon dollar), "Postini (625 milyon dollar), "Dropcam" (555 milyon dollar) və "SkyBox Imaging" (500 milyon dollar) kimi şirkətləri satın alıb.
Emil Hüseynov
10 ən nəhəng satınalma “Google” şirkətinə 24.5 milyard dollara başa gəlib
Britaniyanın "Aptitude" şirkətinin statistikası "Google"un birləşmələr və satınalmalar (M&A) üzrə sazişlər bazarında aktivliyini göstərib. Hesablamalara görə, "Google" öz tarixində 10 ən böyük satınalmaya 24,5 milyarddan çox dollar xərcləyib."Google" 2011-ci ildə 12,5 milyard dollara "Motorola Mobility" smartfon istehsalçısını satın alıb, amma 3 il sonra onu 2,91 milyard dollara satıb. Zərərə baxmayaraq, axtarış nəhəngi çox vacib patentlərə sahibləndi.
İnternet nəhəngi 2014-cü ildə 3,2 milyard dollara enerjiyə qənaət edən termostat, tüstü və karbon qazı ötürücüsü istehsal edən "Nest Labs" firmasını satın alıb.
"DoubleClick" internet reklam nəhəngini "Google" 3,1 milyard dollara satın alıb. "Google" "DoubleClick" uğrunda mübarizədə "Microsoft"u qabaqlayıb.
2006-cı ildə "Google" 1,65 milyard dollara "YouTube" videohostinqini satın alıb. İndi "YouTube"un auditoriyası 1 milyarddır və aylıq 6 milyard saatlıq video izlənilir, həmçinin dəqiqədə 100 saatlıq məzmun yüklənir.
"Google" tərəfindən satın alınan İsralin "Waze" (966 milyon dollar) startapı mobil qurğular üçün eyni adlı kartoqrafiya xidmətini hazırlayır. Bu xidmətin köməyilə internet nəhəngi "Google Maps" xidmətinin auditoriyasını smartfon və planşet istifadəçiləri arasında artırıb.
2009-cu ilin noyabrında "AdMob"un 750 milyon dollara satın alınması "Google"un mobil istiqamətini gücləndirib və reklam imkanlarının "Android" platformasına inteqrasiyasına imkan verib. Həmçinin "Google" "iTA Software" (700 milyon dollar), "Postini (625 milyon dollar), "Dropcam" (555 milyon dollar) və "SkyBox Imaging" (500 milyon dollar) kimi şirkətləri satın alıb.
Emil Hüseynov
Baxış sayı: 689
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib