Tarix:26/01/15
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu proqram da digər "Dilmanc" məhsulları kimi ödənişsiz yayılır və istifadəçilər bu versiyanı öz "iPhone" və "iPad" qurğularına "App Store"-da "Dilmanc" axtarmaqla yükləyə bilərlər. Beləliklə, "Dilmanc" mobil tərcüməçidən "Apple" şirkətinin mobil qurğularının istifadəçiləri də yararlana biləcəklər.
Qeyd edək ki, mobil tərcüməçi proqramının "Android" əməliyyat sistemi üçün olan versiyası Azərbaycanda və ölkə xaricində çox populyar proqram məhsuludur. Bu vaxta qədər bu sistem 140 min dəfədən çox köçürülüb. "Google analytics"-ə görə, bu proqramdan təkcə 2015-ci ilin yanvar ayının 1-dən 22-nə kimi 40 minə yaxın insan tərəfindən dünyanın 65 ölkəsində 360 min dəfə istifadə edilib. Bu ölkələr arasında ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, İsveç və digər ölkələr var.
"Dilmanc" layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Aynur Vəliyeva
“Dilmanc”ın “iOS” əməliyyat sistemi üçün yeni versiyası istifadəyə verilib
"Dilmanc" layihəsi çərçivəsində hazırlanmış mobil telefonlar üçün tərcümə proqramının "iOS" əməliyyat sistemində çalışan versiyası istifadəyə verilib."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, bu proqram da digər "Dilmanc" məhsulları kimi ödənişsiz yayılır və istifadəçilər bu versiyanı öz "iPhone" və "iPad" qurğularına "App Store"-da "Dilmanc" axtarmaqla yükləyə bilərlər. Beləliklə, "Dilmanc" mobil tərcüməçidən "Apple" şirkətinin mobil qurğularının istifadəçiləri də yararlana biləcəklər.
Qeyd edək ki, mobil tərcüməçi proqramının "Android" əməliyyat sistemi üçün olan versiyası Azərbaycanda və ölkə xaricində çox populyar proqram məhsuludur. Bu vaxta qədər bu sistem 140 min dəfədən çox köçürülüb. "Google analytics"-ə görə, bu proqramdan təkcə 2015-ci ilin yanvar ayının 1-dən 22-nə kimi 40 minə yaxın insan tərəfindən dünyanın 65 ölkəsində 360 min dəfə istifadə edilib. Bu ölkələr arasında ABŞ, Almaniya, Rusiya, Türkiyə, Ukrayna, İsveç və digər ölkələr var.
"Dilmanc" layihəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Aynur Vəliyeva
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı