12px13px15px17px
Tarix:26/01/15

Məlumatlar “Li-Fi” texnologiyası ilə ötürüləcək

“PureLiFi” şirkəti işıq diodu lampalarının köməyi ilə məlumatların ötürülməsi texnologiyasının kommersiya istismarına başlayıb.
 
Edinburq Universitetinin alimləri tərəfindən hazırlanmış məlumatların ötürülməsi üzrə yeni texnologiya “Li-Fi” adlandırılıb. Alimlər bildirib ki, yeni texnologiyanın köməyi ilə məlumatları saniyədə 10 Qbit sürətlə ötürmək mümkündür.
 

"ICTnews" elektron xəbər xidməti “gadgetblog.ru” saytına istinadən bildirir ki, şəbəkəyə qoşulmaq üçün əsas "giriş nöqtəsi"ndən (“PureLiFi” avadanlığı ilə təchiz edilmiş lampa) istifadə etmək və lampa işığının şüası üçün əlçatan olmaq lazımdır.
 
 Buna görə siqnalı “tutmaq” istəyənlər təbii çətinliklə qarşılaşacaq: qəbuledici-ötürücü avadanlığın yaxınlığında  olmaq və vizual olaraq görmək lazımdır ki, bu da məlumatın ötürülmə təhlükəsizliyini artırır.

“PureLiFi” şirkəti artıq “Li-Flame” adlanan lampanın kommersiya istehsalına başlayıb. Lampa “USB” konnektorla təchiz edilib və müştəri avadanlığının “Li-Fi” texnologiyası üzrə qoşulması üçün qəbuledici-ötürücü qurğusu kimi istifadə olunur. Şəbəkəyə qoşulmaq üçün lampanı "görmək" və “Li-Fi” modemli kompüterə malik olmaq lazımdır.

 
Emil Hüseynov
 
 
 



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024