12px13px15px17px
Tarix:26/01/15

BŞTİ-nin kadrlar bazasında mütəxəssislərlə bağlı məlumatlar toplanılacaq

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) kadrlar bazasında mütəxəssislərlə bağlı məlumatlar toplanılacaq. Belə ki, ümumtəhsil məktəblərində təlim–-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün BŞTİ tərəfindən imtahan keçirilib.
 
Üç mərhələdən ibarət olan müsabiqənin ilk mərhələsində “Elektron imtahan sistemi”ndə - “bakuedu.az” saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak ediblər. Müsabiqənin II mərhələsində isə namizədlərə imtahan keçirilib və bu prosesin özü də iki mərhələdə aparılıb. Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim olunmuş mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2 saat) vaxt verilib. Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test (30 sual) üçün 1 saat, onlara verilmiş mətnin yığılması üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) vaxt verilib. İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.
 
Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 962

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024