Tarix:26/01/15
Belə ki, layihə çərçivəsində ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə edir və bunlardan 11-nin kağız jurnal əvəzinə, tam olaraq elektron jurnaldan istifadəyə keçməsi nəzərdə tutulur. Bununla da yalnız elektron jurnallardan istifadə edən məktəblərin sayı 31-ə çatdırılacaq.
Təhsil Nazirliyindən qeyd edilib ki, cari tədris ilində Bakı və digər şəhər və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışının təmin edilməsi planlaşdırılır. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışı təmin olunacaq.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə digər işlərə gəlincə, "Labdisc" laboratoriya avadanlıqlarının milli tədris sistemində tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim resurslarının, təhsil müəssisələrində istifadə üçün müxtəlif fənlər üzrə elektron dərsliklərin yaradılması və "Bulud" sistemi üzərindən yayılması, habelə müxtəlif fənlər üçün elektron resursların hazırlanması da vacib məsələlərdəndir.
Həqiqət İSABALAYEVA
“Elektron məktəb” layihəsi çərçivəsində elektron jurnallardan istifadə edən məktəblərin sayı 31-ə çatdırılacaq
Bu tədris ilində elektron təhsil texnologiyalarının tətbiqi genişləndiriləcək. İlk növbədə "Elektron məktəb" layihəsi çərçivəsində elektron jurnallardan istifadə edən təhsil müəssisələrinin sayı artırılacaq.Belə ki, layihə çərçivəsində ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə edir və bunlardan 11-nin kağız jurnal əvəzinə, tam olaraq elektron jurnaldan istifadəyə keçməsi nəzərdə tutulur. Bununla da yalnız elektron jurnallardan istifadə edən məktəblərin sayı 31-ə çatdırılacaq.
Təhsil Nazirliyindən qeyd edilib ki, cari tədris ilində Bakı və digər şəhər və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışının təmin edilməsi planlaşdırılır. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışı təmin olunacaq.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi üzrə digər işlərə gəlincə, "Labdisc" laboratoriya avadanlıqlarının milli tədris sistemində tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim resurslarının, təhsil müəssisələrində istifadə üçün müxtəlif fənlər üzrə elektron dərsliklərin yaradılması və "Bulud" sistemi üzərindən yayılması, habelə müxtəlif fənlər üçün elektron resursların hazırlanması da vacib məsələlərdəndir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1336
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır