Tarix:26/01/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, I Avropa Oyunlarının iyun ayında keçiriləcəyini nəzərə alaraq ənənəvi "Startup Azərbaycan 2015" təqdimat mərasiminin və milli konfransının da may ayının sonunda keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə “Startap” görüşlərinin, “Startup Günləri”nin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
Cari ildə xüsusi nominasiyalar üzrə startaplar da müsabiqəyə qəbul ediləcək. Belə ki, “SİNAM” şirkətinin məhsulu olan “GoMAP” layihəsi və “Elektron hökumət” portalı üzərində hazırlanacaq mobil tətbiqlər də müsabiqəyə qəbul ediləcək və onlar xüsusi mükafatlar qazanacaqlar.
“Startup Azərbaycan” layihəsinin əsas məqsədi milli “startuplar”ın üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Aynur Vəliyeva
“Startup Azərbaycan 2015” başlanır
“Startup Azərbaycan” Təşkilat Komitəsinin təşkilatçılığı ilə "Startup Azərbaycan 2015" layihəsinə fevralın 1-dən start verilir.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, I Avropa Oyunlarının iyun ayında keçiriləcəyini nəzərə alaraq ənənəvi "Startup Azərbaycan 2015" təqdimat mərasiminin və milli konfransının da may ayının sonunda keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə “Startap” görüşlərinin, “Startup Günləri”nin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
Cari ildə xüsusi nominasiyalar üzrə startaplar da müsabiqəyə qəbul ediləcək. Belə ki, “SİNAM” şirkətinin məhsulu olan “GoMAP” layihəsi və “Elektron hökumət” portalı üzərində hazırlanacaq mobil tətbiqlər də müsabiqəyə qəbul ediləcək və onlar xüsusi mükafatlar qazanacaqlar.
“Startup Azərbaycan” layihəsinin əsas məqsədi milli “startuplar”ın üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Aynur Vəliyeva
Baxış sayı: 782
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır