Tarix:27/01/15
Universitetdən verilən məlumata görə, seminarda layihələrin idarə edilməsi üzrə qaydalar, ISO 21500 beynəlxalq standartların tətbiqi haqqında ətraflı söz açılıb. Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor İqbal Babayev bildirib ki, bu beynəlxalq standart istənilən dövlət, özəl və ictimai təşkilatlarda müxtəlif layihələrin idarə edilməsində istifadə oluna bilər.
AzPMA-nın dəvəti ilə Azərbaycana gələn, Layihələrin İdarə Edilməsi Türkiyə Assosiasiyasının prezidenti Çetin Elmas seminarda iştirak edərək tələbə və magistrlərlə görüşüb və mövzunu ətraflı şərh edib.
Tədbirdə İKT üzrə layihələr sahəsində çalışan beynəlxalq ekspertlər, tələbələr, magistrlər, doktorantlar və təcrübə keçən menecerlər iştirak edib.
CAHANGİR
İKT layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi ilə bağlı seminar keçirilib
Azərbaycan Texniki Universiteti nəzdindəki Layihələrin İdarə Edilməsi və İnnovasiyalar Mərkəzində (IPMA) “İnformasiya-kommunikasiya texnologiyaları üzrə layihələrin idarə edilməsində beynəlxalq ISO standartlarının tətbiqi” mövzusunda seminar keçirilib.Universitetdən verilən məlumata görə, seminarda layihələrin idarə edilməsi üzrə qaydalar, ISO 21500 beynəlxalq standartların tətbiqi haqqında ətraflı söz açılıb. Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) təsisçisi və prezidenti, texnika elmləri doktoru, professor İqbal Babayev bildirib ki, bu beynəlxalq standart istənilən dövlət, özəl və ictimai təşkilatlarda müxtəlif layihələrin idarə edilməsində istifadə oluna bilər.
AzPMA-nın dəvəti ilə Azərbaycana gələn, Layihələrin İdarə Edilməsi Türkiyə Assosiasiyasının prezidenti Çetin Elmas seminarda iştirak edərək tələbə və magistrlərlə görüşüb və mövzunu ətraflı şərh edib.
Tədbirdə İKT üzrə layihələr sahəsində çalışan beynəlxalq ekspertlər, tələbələr, magistrlər, doktorantlar və təcrübə keçən menecerlər iştirak edib.
CAHANGİR
Baxış sayı: 654
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır