Tarix:27/01/15
Bu il “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron təhsil mühitinin mahiyyəti və formalaşdırılması problemləri araşdırılacaq. Araşdırmalara elektron təhsil mühitinin bulud texnologiyası, “Big Data” və digər problemlər də daxil olacaq.
Bu tədbirlər AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ)10 saylı şöbəsinin cari il üçün fəaliyyət planında yer alıb.
İTİ-dən bildirilib ki, fəaliyyət planını texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev təqdim edib. Onun sözlərinə görə, “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi işləri aparılacaq. Eyni zamanda ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi nəzərdə tutulur. Cari ildə Naxçıvan və Gəncədə doktorant və dissertantlara İnformatika fənni üzrə distant tədrisdə şöbə əməkdaşlarının iştirakı, yeni qrant layihələrinin müsabiqələrə təqdim olunması da fəaliyyət planında yer alıb:
“Cari ildə respublika və beynəlxalq səviyyəli konfranslara 5 tezisin təqdim edilməsi, tanınmış elmi jurnallarda 5 məqalənin dərci nəzərdə tutulur. Təhsilin informasiyalaşdırılması və elektron təhsil mühitinin yaradılması mövzularının KİV-də işıqlandırılması da şöbənin fəaliyyət planında öz əksini tapıb”.
2015-ci ildə beynəlxalq əməkdaşlıq da diqqət mərkəzində olacaq. Belə ki, cari ildə Rusiya Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, Ufa Dövlət Aviasiya Texniki Universiteti, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələri qurulacaq.
Həqiqət İSABALAYEVA
Elektron təhsil mühitinin mahiyyəti və formalaşdırılması problemləri araşdırılacaq
İnformasiya cəmiyyəti və informasiya texnologiyaları cari ildə də elmi tədqiqat fəaliyyətinin əsas istiqamətlərini təşkil edəcək.Bu il “Elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə elektron təhsil mühitinin mahiyyəti və formalaşdırılması problemləri araşdırılacaq. Araşdırmalara elektron təhsil mühitinin bulud texnologiyası, “Big Data” və digər problemlər də daxil olacaq.
Bu tədbirlər AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ)10 saylı şöbəsinin cari il üçün fəaliyyət planında yer alıb.
İTİ-dən bildirilib ki, fəaliyyət planını texnika üzrə fəlsəfə doktoru Firudin Ağayev təqdim edib. Onun sözlərinə görə, “Təhsil sistemində İKT ixtisasları üzrə standartların beynəlxalq standartlara uyğunlaşdırılması modelinin işlənməsi” mövzusunda İKT ixtisasları üzrə tədris proqramlarının müqayisəli analizi üçün riyazi təminatın tətbiqi işləri aparılacaq. Eyni zamanda ali təhsil müəssisələri üçün İKT ixtisasları üzrə təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırılma prosesində proqram təminatının tətbiqi nəzərdə tutulur. Cari ildə Naxçıvan və Gəncədə doktorant və dissertantlara İnformatika fənni üzrə distant tədrisdə şöbə əməkdaşlarının iştirakı, yeni qrant layihələrinin müsabiqələrə təqdim olunması da fəaliyyət planında yer alıb:
“Cari ildə respublika və beynəlxalq səviyyəli konfranslara 5 tezisin təqdim edilməsi, tanınmış elmi jurnallarda 5 məqalənin dərci nəzərdə tutulur. Təhsilin informasiyalaşdırılması və elektron təhsil mühitinin yaradılması mövzularının KİV-də işıqlandırılması da şöbənin fəaliyyət planında öz əksini tapıb”.
2015-ci ildə beynəlxalq əməkdaşlıq da diqqət mərkəzində olacaq. Belə ki, cari ildə Rusiya Elmlər Akademiyasının İnformatika Problemləri İnstitutu, Şoloxov adına Moskva Dövlət Humanitar Universitetinin Təhsilin İnformasiyalaşdırılması İnstitutu, Ufa Dövlət Aviasiya Texniki Universiteti, YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyalarının Tətbiqi İnstitutu ilə beynəlxalq elmi əməkdaşlıq əlaqələri qurulacaq.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 625
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır