Tarix:27/01/15
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Facebook”un filialı “Oculus VR” şirkəti “Story Studio” adlı kinostudiya işə salıb. Kinostudiya “Oculus” şlemlərində baxış üçün nəzərdə tutulmuş virtual reallıq formatlı filmlər buraxacaq.
Xatırladaq ki, 2014-cü ildə dünyanın ən böyük sosial şəbəkəsi “Oculus VR” virtual reallıq şlemləri istehsalçısını 2 milyard dollara satın alıb.
“Oculus VR” indiyədək şlemləri kompüter oyunlarına uyğunlaşdırmaqla məşğul olub. İndi isə komanda film istiqamətini öyrənməyə çalışır.
“Story Studio” artıq bu həftə “Lost” qısametrajlı animasiya filmini buraxmağa hazırlaşır. Layihənin rəhbəri Saşka Unzeld deyib ki, filmin süjeti istifadəçinin hərəkətlərindən asılı olaraq dəyişəcək. Unzeld “Pixar” şirkətində animator kimi çalışıb. O, 2013-cü ildə göy çətirin macəraları haqda “The Blue Umbrella” animasiyalı qısametrajlı filmini buraxıb.
“Lost” filminin orta davametmə müddəti təxminən 5 dəqiqə təşkil edəcək, amma müddət tamaşaçıdan asılı olacaq. "Film 3 dəqiqə və ya 10 dəqiqədən sonra bitə bilər, hər şey istifadəçidən asılıdır" – “The Verge” nəşri Unzeldin sözlərini sitat gətirib.
Hazırda “Story Studio” komandası təxminən 10 nəfərdən ibarətdir. Onlar ciddi problemlə üzləşiblər: virtual reallığı necə kinoya çevirmək olar? – Unzeld deyir. "İlk öncə biz virtual reallıqda çəkiləcək filmin gedişini anlamalıyıq. Adi kino yazılmış ssenari üzrə ardıcıllıqla göstərilir. Virtual reallığa gəldikdə, ssenari tamaşaçının ixtiyarında olmalıdır" – o izah edib. Unzeld, həmçinin deyib ki, onlar hələ ki yeni istiqamət üzrə kinostudiyalarla necə qarşılıqlı əlaqədə olmağı bilmirlər.
“Story Studio” kinostudiyası “Oculus” şlemləri üçün 6 film elan edib: “Lost”, “Dear Angelica”, “Bullfighter” və “Henry”, digər ikisinin adı bilinmir.
“Oculus VR” şirkətinin əməkdaşları şlemi tanınmış Hollivud kinostudiyalarına nümayiş etdirdikdən sonra “Story Studio” kinostudiyasını yaratmaq ideyası yaranıb.
Emil Hüseynov
“Facebook” virtual reallıq formatlı filmlərin yaradılması ilə məşğul olmağa başlayıb
“Facebook”un filialı “Oculus VR” şirkəti “Oculus” virtual reallıq şlemləri üçün uyğunlaşdırılmış 6 film elan edib. Birinci filmin müəllifi bildirib ki, istifadəçi süjetə və filmin müddətinə təsir göstərə biləcək."ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Facebook”un filialı “Oculus VR” şirkəti “Story Studio” adlı kinostudiya işə salıb. Kinostudiya “Oculus” şlemlərində baxış üçün nəzərdə tutulmuş virtual reallıq formatlı filmlər buraxacaq.
Xatırladaq ki, 2014-cü ildə dünyanın ən böyük sosial şəbəkəsi “Oculus VR” virtual reallıq şlemləri istehsalçısını 2 milyard dollara satın alıb.
“Oculus VR” indiyədək şlemləri kompüter oyunlarına uyğunlaşdırmaqla məşğul olub. İndi isə komanda film istiqamətini öyrənməyə çalışır.
“Story Studio” artıq bu həftə “Lost” qısametrajlı animasiya filmini buraxmağa hazırlaşır. Layihənin rəhbəri Saşka Unzeld deyib ki, filmin süjeti istifadəçinin hərəkətlərindən asılı olaraq dəyişəcək. Unzeld “Pixar” şirkətində animator kimi çalışıb. O, 2013-cü ildə göy çətirin macəraları haqda “The Blue Umbrella” animasiyalı qısametrajlı filmini buraxıb.
“Lost” filminin orta davametmə müddəti təxminən 5 dəqiqə təşkil edəcək, amma müddət tamaşaçıdan asılı olacaq. "Film 3 dəqiqə və ya 10 dəqiqədən sonra bitə bilər, hər şey istifadəçidən asılıdır" – “The Verge” nəşri Unzeldin sözlərini sitat gətirib.
Hazırda “Story Studio” komandası təxminən 10 nəfərdən ibarətdir. Onlar ciddi problemlə üzləşiblər: virtual reallığı necə kinoya çevirmək olar? – Unzeld deyir. "İlk öncə biz virtual reallıqda çəkiləcək filmin gedişini anlamalıyıq. Adi kino yazılmış ssenari üzrə ardıcıllıqla göstərilir. Virtual reallığa gəldikdə, ssenari tamaşaçının ixtiyarında olmalıdır" – o izah edib. Unzeld, həmçinin deyib ki, onlar hələ ki yeni istiqamət üzrə kinostudiyalarla necə qarşılıqlı əlaqədə olmağı bilmirlər.
“Story Studio” kinostudiyası “Oculus” şlemləri üçün 6 film elan edib: “Lost”, “Dear Angelica”, “Bullfighter” və “Henry”, digər ikisinin adı bilinmir.
“Oculus VR” şirkətinin əməkdaşları şlemi tanınmış Hollivud kinostudiyalarına nümayiş etdirdikdən sonra “Story Studio” kinostudiyasını yaratmaq ideyası yaranıb.
Emil Hüseynov
Baxış sayı: 769
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır