12px13px15px17px
Tarix:28/01/15

Çində mobil internet istifadəçilərinin sayı 1 milyardı ötüb

Çində mobil internet istifadəçilərinin sayı 1 milyard nəfəri ötüb. 2014-cü ilin sonuna ölkədə 1,06 milyard mobil internet abunəçisi qeydə alınıb. Artım 2013-cü illə müqayisədə 231,7 faizə bərabər olub.

Yerli “TalkingData” şirkəti tərəfindən açıqlanan statistikaya görə, auditoriyanın 60 faizini kişilər təşkil edir, əsas istifadəçi kütləsi 1980-ci ildən sonra anadan olanlardan ibarətdir. Əsas artım 1990-cı ildən sonra dünyaya gələnlərdə müşahidə olunur.
 
Çin həmçinin xaricdən istedadlı mütəxəssislərin cəlb edilməsi proqramını genişləndirir.
 
Belə ki, bu yaxınlarda İnsan Resursları və Sosial Təhlükəsizlik Nazirliyi tərəfindən 2008-ci ildə işə salınan müvafiq dövlət proqramına 55 yeni bənd əlavə olunub. Proqram qüvvədə olduğu müddətdə ölkəyə 4100-dən çox mütəxəssis gəlib. 
 
2013-cü ildə xaricdə təhsil almış 1,44 milyon çinli ölkəyə qayıdıb, halbuki 2008-ci ildə onların sayı 5 dəfə az olub, - “Computerra” yazır.



Baxış sayı: 550

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024