12px13px15px17px
Tarix:28/01/15

Kasperski “ağıllı” televizorları hakerlərin yeni hədəfi adlandırıb

Hakerlərin smartfonlardan sonra növbəti hədəfi “ağıllı” televizorlar olacaq. "Kasperski Laboratoriyası" antivirus şirkətinin baş direktoru Yevgeni Kasperski “Bloomberg” nəşrinə müsahibəsində yazıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, "iPhone” smartfonu kompüterə qoşulduqda ona müdaxilə edən troyanlar mövcuddur. “Ağıllı” televizorlar növbəti olacaq" – o, agentliyə deyib.

Məsələn, kibercinayətkarlar hesabın blokdan çıxarılması üçün ödənişli SMS mesaj göndərməyi tələb edə bilərlər. Kasperskinin proqnozuna görə, onlayn məzmunun satın alınması üçün istifadə edilən hesabdan pulun oğurlanması digər bir nümunə ola bilər.

O, həmçinin bildirib ki, pirat proqram təminatı və iqtisadi böhrandan antivirus məhsullarına tələbatın azalması səbəbindən cari ildə onun şirkətinin dövriyyəsi azala bilər. Bundan başqa Kasperski deyib ki, onun şirkəti üçün əsas bazar Avropadır.

“Smart TV” – sonuncu nəsil televizorlardır, əsas xüsusiyyəti internetə qoşulma və proqramların quraşdırılması imkanına malik olmasıdır.

Emil Hüseynov



Baxış sayı: 681

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024