Tarix:29/01/15
“Mən super intellektin inkişaf perspektivindən narahat olanların tərəfdarıyam. Əvvəlcə kompüterlər bizim əvəzimizə işin çox hissəsini görəcək, lakin super intellektə malik olmayacaq. Biz bunu düzgün idarə edəcəyimiz halda yaxşı ola bilər. Bir neçə onillikdən sonra süni intellekt yetərincə inkişaf edəcək ki, narahatlığa səbəb olsun”, - B.Qeyts qeyd edib.
O vurğulayıb ki, bu baxımdan "Tesla” şirkətinin təsisçisi Elon Mask və Britaniya nəzəriyyəçi fiziki Stiven Hokinq ilə razıdır və insanların bu problemə diqqət yetirməməsini başa düşə bilmir.
Bundan əvvəl S.Hokinq süni intellekt sistemlərinin inkişafının bəşəriyyət üçün təhlükə törətdiyini deyərək yaxın gələcəkdə insanı üstələyəcək kompüterlərin yaradılması ilə bağlı narahatlığını ifadə edib.
Öz növbəsində E.Mask oktyabrda Massaçusets Texnologiya İnstitutunun (MIT) konfransında süni intellekti başlıca ekzistensional təhlükə adlandırıb, bu ayın əvvəlində isə faydalı süni intellektin inkişafının dəstəklənməsinə 10 milyon dollar investisiya yatırmaq təklifi ilə çıxış edib, - “Lenta” yazır.
Bill Qeyts süni intellekti gələcək üçün təhlükə adlandırıb
“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts deyib ki, bəşəriyyət süni intellekt texnologiyasının inkişafından narahat olmalıdır. O, bu barədə “Reddit” servisinin istifadəçiləri ilə onlayn ünsiyyət zamanı bildirib.“Mən super intellektin inkişaf perspektivindən narahat olanların tərəfdarıyam. Əvvəlcə kompüterlər bizim əvəzimizə işin çox hissəsini görəcək, lakin super intellektə malik olmayacaq. Biz bunu düzgün idarə edəcəyimiz halda yaxşı ola bilər. Bir neçə onillikdən sonra süni intellekt yetərincə inkişaf edəcək ki, narahatlığa səbəb olsun”, - B.Qeyts qeyd edib.
O vurğulayıb ki, bu baxımdan "Tesla” şirkətinin təsisçisi Elon Mask və Britaniya nəzəriyyəçi fiziki Stiven Hokinq ilə razıdır və insanların bu problemə diqqət yetirməməsini başa düşə bilmir.
Bundan əvvəl S.Hokinq süni intellekt sistemlərinin inkişafının bəşəriyyət üçün təhlükə törətdiyini deyərək yaxın gələcəkdə insanı üstələyəcək kompüterlərin yaradılması ilə bağlı narahatlığını ifadə edib.
Öz növbəsində E.Mask oktyabrda Massaçusets Texnologiya İnstitutunun (MIT) konfransında süni intellekti başlıca ekzistensional təhlükə adlandırıb, bu ayın əvvəlində isə faydalı süni intellektin inkişafının dəstəklənməsinə 10 milyon dollar investisiya yatırmaq təklifi ilə çıxış edib, - “Lenta” yazır.
Baxış sayı: 554
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır