Tarix:29/01/15
Sosial şəbəkənin mobil auditoriya göstəricisi ötən illə müqayisədə dörddə bir dəfə artıb.
Mobil auditoriyanın aktiv artımı şirkətə fayda gətirir. Mobil texnologiyaların inkişafını şirkət rəhbəri Mark Zukerberq hazırda sosial şəbəkənin əsas prioriteti adlandırır. Şirkət sosial şəbəkənin əlavələri ilə yanaşı, “WhatsApp” və “Instagram” servislərinə sahibdir, habelə "Paper” və “Messenger” "Slingshot”, “Groups” əlavələrini və “Rooms” anonim müzakirələr xidmətini inkişaf etdirir.
Hər gün sosial şəbəkəyə mobil telefonlardan 745 milyon insan daxil olur. “Facebook”un bu göstəricisi daha aktiv templərlə (ötən illə müqayisədə 34 faiz) artıb. Bununla yanaşı, sosial şəbəkənin gündəlik ümumi aktiv auditoriyası 890 milyon istifadəçi təşkil edir.
Ümumi aktiv auditoriyanın sayı istifadəçilərin cəlbediciliyini əks etdirir ki, bu parametr də “Facebook”un reklam biznesi üçün əhəmiyyətlidir. Şəbəkəyə hər gün mobil telefonlarla daxil olan istifadəçi sayının aktiv artımı mobil reklamın mədaxildə il ərzində payının 53 faizdən 69 faizədək artmasını nümayiş etdirir, - "Lenta” yazır.
İstifadəçilərin 86 faizi “Facebook” şəbəkəsinə mobil telefonlardan daxil olur
Hər ay 1,19 milyard istifadəçi “Facebook” sosial şəbəkəsinə mobil qurğular vasitəsilə daxil olur ki, bu da 1,39 milyardlıq ümumi aylıq aktiv auditoriyanın təxminən 86 faizi deməkdir. Bu barədə “Facebook”un məlumatında deyilir.Sosial şəbəkənin mobil auditoriya göstəricisi ötən illə müqayisədə dörddə bir dəfə artıb.
Mobil auditoriyanın aktiv artımı şirkətə fayda gətirir. Mobil texnologiyaların inkişafını şirkət rəhbəri Mark Zukerberq hazırda sosial şəbəkənin əsas prioriteti adlandırır. Şirkət sosial şəbəkənin əlavələri ilə yanaşı, “WhatsApp” və “Instagram” servislərinə sahibdir, habelə "Paper” və “Messenger” "Slingshot”, “Groups” əlavələrini və “Rooms” anonim müzakirələr xidmətini inkişaf etdirir.
Hər gün sosial şəbəkəyə mobil telefonlardan 745 milyon insan daxil olur. “Facebook”un bu göstəricisi daha aktiv templərlə (ötən illə müqayisədə 34 faiz) artıb. Bununla yanaşı, sosial şəbəkənin gündəlik ümumi aktiv auditoriyası 890 milyon istifadəçi təşkil edir.
Ümumi aktiv auditoriyanın sayı istifadəçilərin cəlbediciliyini əks etdirir ki, bu parametr də “Facebook”un reklam biznesi üçün əhəmiyyətlidir. Şəbəkəyə hər gün mobil telefonlarla daxil olan istifadəçi sayının aktiv artımı mobil reklamın mədaxildə il ərzində payının 53 faizdən 69 faizədək artmasını nümayiş etdirir, - "Lenta” yazır.
Baxış sayı: 623
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib