Tarix:29/01/15
İclasda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Akademiya qarşısında qoyulan tapşırıqlarla bağlı görüləcək işlərdən danışılıb. Akademiyadan bildirilib ki, FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib.
A.Hacıyevin sözlərinə görə, innovativ tədqiqatların təcrübədə tətbiqi, elmi tədqiqatların təbliği, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, elmi fəaliyyətdə İKT-nin tətbiqinin genişləndirilməsi, elm və təhsilin inteqrasiyası, qrant və büdcə vəsaitləri hesabına laboratoriyaların müasir avadanlıqlarla təchizatı, AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin icrası bölmənin fəaliyyət istiqamətlərində öz əksini tapıb.
İclasda bölmə əməkdaşlarının ixtiraları haqqında müvafiq məlumatların rəsmi bülletenlərdə dərc olunması, alimlərin məqalələrinin 312-nin impakt faktorlu jurnallarda olmaqla nüfuzlu xarici elmi dərgilərdə nəşr edilməsi və çap məhsullarının sayının artırılmasına diqqət çəkilib. Hər il dünyanın 200-ə yaxın ölkəsində SJR agentliyi tərəfindən izlənilən və qiymətləndirilən 29382 jurnalın siyahısına ikisinin bölmənin riyaziyyat üzrə jurnalları – “Tətbiqi və hesablama riyaziyyatı” və “Azərbaycan Riyaziyyat jurnalı” olmaqla, Azərbaycandan 6 jurnalın daxil olması nailiyyətlərimizin son illərdəki dinamikasından xəbər verir. Bununla yanaşı, ötən ildə bir hissəsi ingilis dilində olmaqla bölmədə bəzi elmi jurnallar da nəşr olunub.
2014-cü il ərzində keçirilən tədbirlər sırasında orta məktəblərdə fənn olimpiadalarının təşkili, “Regionlarda elmin kütləvi təbliği” çərçivəsində əməkdaşların Şamaxı, Lənkəran rayonlarında orta məktəb şagirdləri arasında bilik yarışmaları təşkil etməsi, eyni zamanda Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə regionlarda elmin populyarlaşdırılması məqsədilə keçirilən tədbirlər, gənclər üçün müsabiqələr yer alıb.
Belə ki, H.Əliyev Fondu, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə birgə “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” təşkil edilib, Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı “Bakutel-2014” çərçivəsində keçirilmiş “İnformatika təhsili - günümüzün çağırışları” panelində bəzi mövzular ətrafında müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
İnnovasiyalı tədqiqatlara təkan verən yeni fundamental tədqiqat işlərinin təşkili ilə bağlı tədbirlər planı hazırlanacaq
Multidisiplinar layihə və innovasiyalı tədqiqatlara təkan verən yeni fundamental tədqiqat işlərinin təşkili ilə bağlı zəruri tədbirlər planı hazırlanacaq və AMEA Rəyasət Heyətinə təqdim olunacaq. Bununla bağlı qərar Rəyasət Heyətinin növbəti iclasında verilib.İclasda AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyəti və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda Akademiya qarşısında qoyulan tapşırıqlarla bağlı görüləcək işlərdən danışılıb. Akademiyadan bildirilib ki, FRTEB-in akademik-katibi, akademik Akif Hacıyev bölmənin 2014-cü ildəki fəaliyyətini əks etdirən hesabat məruzəsi ilə çıxış edib.
A.Hacıyevin sözlərinə görə, innovativ tədqiqatların təcrübədə tətbiqi, elmi tədqiqatların təbliği, gənc alimlərin fəaliyyətinin stimullaşdırılması, elmi fəaliyyətdə İKT-nin tətbiqinin genişləndirilməsi, elm və təhsilin inteqrasiyası, qrant və büdcə vəsaitləri hesabına laboratoriyaların müasir avadanlıqlarla təchizatı, AMEA-nın 70 illik yubileyinin keçirilməsi ilə əlaqədar tədbirlərin icrası bölmənin fəaliyyət istiqamətlərində öz əksini tapıb.
İclasda bölmə əməkdaşlarının ixtiraları haqqında müvafiq məlumatların rəsmi bülletenlərdə dərc olunması, alimlərin məqalələrinin 312-nin impakt faktorlu jurnallarda olmaqla nüfuzlu xarici elmi dərgilərdə nəşr edilməsi və çap məhsullarının sayının artırılmasına diqqət çəkilib. Hər il dünyanın 200-ə yaxın ölkəsində SJR agentliyi tərəfindən izlənilən və qiymətləndirilən 29382 jurnalın siyahısına ikisinin bölmənin riyaziyyat üzrə jurnalları – “Tətbiqi və hesablama riyaziyyatı” və “Azərbaycan Riyaziyyat jurnalı” olmaqla, Azərbaycandan 6 jurnalın daxil olması nailiyyətlərimizin son illərdəki dinamikasından xəbər verir. Bununla yanaşı, ötən ildə bir hissəsi ingilis dilində olmaqla bölmədə bəzi elmi jurnallar da nəşr olunub.
2014-cü il ərzində keçirilən tədbirlər sırasında orta məktəblərdə fənn olimpiadalarının təşkili, “Regionlarda elmin kütləvi təbliği” çərçivəsində əməkdaşların Şamaxı, Lənkəran rayonlarında orta məktəb şagirdləri arasında bilik yarışmaları təşkil etməsi, eyni zamanda Rəyasət Heyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə regionlarda elmin populyarlaşdırılması məqsədilə keçirilən tədbirlər, gənclər üçün müsabiqələr yer alıb.
Belə ki, H.Əliyev Fondu, Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri ilə birgə “Ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadası” təşkil edilib, Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı “Bakutel-2014” çərçivəsində keçirilmiş “İnformatika təhsili - günümüzün çağırışları” panelində bəzi mövzular ətrafında müzakirələr aparılıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 611
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır