Tarix:29/01/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, model “Ambarella A7LA50” prosessoru, “Aptina AR0330” matris və altı linzadan ibarət obyektiv ilə təchiz edilib. Qurğu videonu “SuperHD” (2304 x 1296 piksel) ölçüsündə saniyədə 30 kadr tezliyində yaza bilər.
Yazılar 64 GB-dək həcmli mikro SD yaddaş kartında saxlanılır. Qurğu yüksək işığa həssaslığı və 155 dərəcə geniş bucaq görünüşünü təmin edir.
Bundan başqa, “Neoline X-COP 9500s”-da işıqlanmanın dəyişməsi zamanı, misal üçün, gecə trasında, çəkilişin keyfiyyətini yaxşılaşdıran “WDR” (Wide Dynamic Range) texnologiyası mövcuddur.
Hibridə eyni zamanda iki naviqasiya sistemi tətbiq edilib - GPS və GLONASS. Onlar polis radarlarının koordinatlarının təyin edilməsini müəyyən edir: azgüclü spidqanlardan başlayaraq, “Strelka” sistemini, adi detektor kompleksləri üçün görünməyən “Avtodoriya” kompleksləri daxil edən stasionar sürət nəzarəti komplekslərinədək.
“Neoline X-COP 9500s” eyni zamanda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan və Avropa İttifaqı ölkələrinin yollarında stasionar radar koordinatları bazasına çıxışa malikdir. Koordinat bazası daim genişlənir və həmişə “Neoline” saytında yüklənməyə açıqdır.
Model 3 düym diaqonallı sensor IPS-ekranla təchiz edilib.
Bundan başqa, “Neoline X-COP 9500s” daim avtomobilin mövqeyini yol nişanlarına uyğun izləyir.
Avtomobil cari hərəkət zolağından özündən asılı olmayaraq səmtini dəyişdiyi halda, həyəcan siqnalı çalmağa başlayır və displeyə müvafiq məlumat çıxır.
Aynur Vəliyeva
Yeni “Neoline X-COP 9500s” qurğusu Azərbaycanın stasionar radar koordinatları bazasına çıxışa malikdir
“Neoline” şirkəti videoqeydiyyat və radar-detektor imkanlarını birləşdirən "X-COP 9500s” hibrid qurğusunu təqdim edib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, model “Ambarella A7LA50” prosessoru, “Aptina AR0330” matris və altı linzadan ibarət obyektiv ilə təchiz edilib. Qurğu videonu “SuperHD” (2304 x 1296 piksel) ölçüsündə saniyədə 30 kadr tezliyində yaza bilər.
Yazılar 64 GB-dək həcmli mikro SD yaddaş kartında saxlanılır. Qurğu yüksək işığa həssaslığı və 155 dərəcə geniş bucaq görünüşünü təmin edir.
Bundan başqa, “Neoline X-COP 9500s”-da işıqlanmanın dəyişməsi zamanı, misal üçün, gecə trasında, çəkilişin keyfiyyətini yaxşılaşdıran “WDR” (Wide Dynamic Range) texnologiyası mövcuddur.
Hibridə eyni zamanda iki naviqasiya sistemi tətbiq edilib - GPS və GLONASS. Onlar polis radarlarının koordinatlarının təyin edilməsini müəyyən edir: azgüclü spidqanlardan başlayaraq, “Strelka” sistemini, adi detektor kompleksləri üçün görünməyən “Avtodoriya” kompleksləri daxil edən stasionar sürət nəzarəti komplekslərinədək.
“Neoline X-COP 9500s” eyni zamanda Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Ermənistan və Avropa İttifaqı ölkələrinin yollarında stasionar radar koordinatları bazasına çıxışa malikdir. Koordinat bazası daim genişlənir və həmişə “Neoline” saytında yüklənməyə açıqdır.
Model 3 düym diaqonallı sensor IPS-ekranla təchiz edilib.
Bundan başqa, “Neoline X-COP 9500s” daim avtomobilin mövqeyini yol nişanlarına uyğun izləyir.
Avtomobil cari hərəkət zolağından özündən asılı olmayaraq səmtini dəyişdiyi halda, həyəcan siqnalı çalmağa başlayır və displeyə müvafiq məlumat çıxır.
Aynur Vəliyeva
Baxış sayı: 768
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır