Tarix:30/01/15
Xatırladaq ki, “Google” şirkəti yanvarın 19-dan etibarən tərtibatçılar üçün “Glass Explorer” proqramını dayandırıb. Şirkət, həmçinin “Google Glass” qurğusunun cari versiyasının istehsalını dayandırıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bundan başqa, internet nəhənginin nümayəndəsi bildirib ki, gələcəkdə “Glass” layihəsi Toni Fadellanın (2013-cü ildə “Google” tərəfindən satın alınmış “Nest” şirkətinin direktoru) rəhbərliyi altında istifadəçi qurğuları bölməsinin ixtiyarına veriləcək.
"Komanda layihənin inkişafı ilə bağlı maneələri aradan qaldıra bilmədikdə biz onlara fasilə götürməyi və strategiyanı yenidən qurmağı təklif edə bilərik" – Piçett deyib.
“Google Glass” qurğusu ilk dəfə 2012-ci ildə şirkətin təqdimatı zamanı nümayiş etdirilib. Ancaq məhsul geniş istifadəçi kütləsinin rəğbətini qazanmadı və məxfilik məsələləri səbəbindən tənqid olunub. Cihazın sınaq versiyası ABŞ və Böyük Britaniyada alıcılar üçün əlçatandır, təxmini satış qiyməti 1500 dollar təşkil edir.
Emil Hüseynov
“Google” şirkəti “Google Glass” layihəsinə ikinci nəfəs vermək niyyətindədir
“Google”un maliyyə direktoru Patrik Piçett bildirib ki, “Google Glass” smart eynəklərinin hazırlanması layihəsinə "yenidən yükləmə" lazım olub.Xatırladaq ki, “Google” şirkəti yanvarın 19-dan etibarən tərtibatçılar üçün “Glass Explorer” proqramını dayandırıb. Şirkət, həmçinin “Google Glass” qurğusunun cari versiyasının istehsalını dayandırıb.
"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bundan başqa, internet nəhənginin nümayəndəsi bildirib ki, gələcəkdə “Glass” layihəsi Toni Fadellanın (2013-cü ildə “Google” tərəfindən satın alınmış “Nest” şirkətinin direktoru) rəhbərliyi altında istifadəçi qurğuları bölməsinin ixtiyarına veriləcək.
"Komanda layihənin inkişafı ilə bağlı maneələri aradan qaldıra bilmədikdə biz onlara fasilə götürməyi və strategiyanı yenidən qurmağı təklif edə bilərik" – Piçett deyib.
“Google Glass” qurğusu ilk dəfə 2012-ci ildə şirkətin təqdimatı zamanı nümayiş etdirilib. Ancaq məhsul geniş istifadəçi kütləsinin rəğbətini qazanmadı və məxfilik məsələləri səbəbindən tənqid olunub. Cihazın sınaq versiyası ABŞ və Böyük Britaniyada alıcılar üçün əlçatandır, təxmini satış qiyməti 1500 dollar təşkil edir.
Emil Hüseynov
Baxış sayı: 574
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır