12px13px15px17px
Tarix:30/01/15

ABŞ-da genişzolaqlı internet anlayışı dəyişib

ABŞ Federal Rabitə Komissiyası (FCC) genişzolaqlı internet anlayışının dəyişilməsi barədə qərar qəbul edib. Bu barədə “Broadband Progress Report 2015” hesabatında deyilir. İndi rabitə yüklənmə sürəti saniyədə ən azı 25 meqabit, göndərmə sürəti saniyədə 3 meqabit təşkil etdikdə genişzolaqlı adlandırılacaq.
 
Bu vaxtadək bu rəqəmlər müvafiq olaraq 4 və 1 Mbit/saniyə olub ki, bunu da çoxları köhnəlmiş və dəyişikliyin edilməsini tələb edən hesab edib. Terminologiyaya edilən dəyişiklikdən sonra genişzolaqlı internetdən istifadə edə bilməyən amerikalıların sayı üç dəfə artacaq. Belə ki, əvvəllər ABŞ ev təsərrüfatlarının yalnız 6,3 faizi genişzolaqlı internetdən məhrum idisə, hazırda bu göstərici 20 faizə yaxın olacaq.
 
FCC komissarı Tom Uiler əmindir ki, yeni genişzolaqlı rabitə standartına ehtiyac var. Onun sözlərinə görə, amerikalıların 80 faizi müvafiq olaraq 25 və 3 meqabit sürətinə malik olanda, bunu standart hesab etmək olar. Problem ondadır ki, onların 20 faizi bundan məhrumdur.
 
Digər komissar Miqnon Klaybern qeyd edib ki, biz heç vaxt mövcud olanla kifayətlənməyəcəyik, biz daha yaxşısını istəyirik və sürət həddini artırmaqda davam edirik ki, bu da texnologiyalarda daha çox nəzərə çarpır.
 
Komissiya nümayəndələri arasında daha radikal fikirli insanlar da var. Məsələn, komissar Cessika Rozenvorsel minimal sürət həddinin 100 Mbit/saniyəyədək artırılmasını istəyir. Onun fikrincə, aşağı sürət rəqəmli iqtisadiyyatın inkişafının qarşısını alır. Lakin onun həmkarları fərqli düşünərək 25Mbit/saniyənin “4K” formatlı videoya onlayn baxmağa kifayət etdiyini bildirirlər, - "Telekomza” yazır.



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024