Tarix:30/01/15
“ICTnews” elektron xəbər xidmətinin KTN-ə istinadən verdiyi məlumata görə, konsepsiyanı təqdim edən aparatın rəhbəri İlham Bayramov layihənin müfəssəl iş qrafikinin hazırlanması, EHDİS-in yaradılması və ümumiyyətlə kənd təsərrüfatında elektronlaşmanın təmin edilməsi üzrə üçillik fəaliyyət planını təqdim edib.
İ.Bayramov tətbiq ediləcək informasiya sistemləri, zəruri İKT infrastrukturu, habelə torpaq sahələrinin, bitki örtüyünün kənd təsərrüfatına xidmət edən infrastrukturun coğrafi məlumat bazasının yaradılması, kadr potensialının inkişaf etdirilməsi və bir sıra digər layihələrin həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər haqqında geniş məlumat verib.
Yekunda kənd təsərrüfatı naziri Heydər Əsədov bu sahədə qarşıya qoyulan vəzifələrin vaxtında icrasının təmin olunması, eyni zamanda bölgələrdə yeni yaradılan kənd təsərrüfatı idarələrində müvafiq standartlara uyğun olaraq İKT infrastrukturunun yaranmasının vacibliyini bildirib, bu sahədə həyata keçirilən fəaliyyətlərin daha da sürətləndirilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbərliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasının sürətləndirilməsi qarşıya bir vəzifə kimi qoyulub.
CAHANGİR
Kənd Təsərrüfatı Nazirliyində İKT-nin tətbiqinə dair hazırlanmış konsepsiya təqdim olunub
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində (KTN) İnformasiya və Kommunikasiya Texnologiyalarının (İKT) tətbiqinə dair hazırlanmış konsepsiyanın təqdimatı keçirilib.“ICTnews” elektron xəbər xidmətinin KTN-ə istinadən verdiyi məlumata görə, konsepsiyanı təqdim edən aparatın rəhbəri İlham Bayramov layihənin müfəssəl iş qrafikinin hazırlanması, EHDİS-in yaradılması və ümumiyyətlə kənd təsərrüfatında elektronlaşmanın təmin edilməsi üzrə üçillik fəaliyyət planını təqdim edib.
İ.Bayramov tətbiq ediləcək informasiya sistemləri, zəruri İKT infrastrukturu, habelə torpaq sahələrinin, bitki örtüyünün kənd təsərrüfatına xidmət edən infrastrukturun coğrafi məlumat bazasının yaradılması, kadr potensialının inkişaf etdirilməsi və bir sıra digər layihələrin həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər haqqında geniş məlumat verib.
Yekunda kənd təsərrüfatı naziri Heydər Əsədov bu sahədə qarşıya qoyulan vəzifələrin vaxtında icrasının təmin olunması, eyni zamanda bölgələrdə yeni yaradılan kənd təsərrüfatı idarələrində müvafiq standartlara uyğun olaraq İKT infrastrukturunun yaranmasının vacibliyini bildirib, bu sahədə həyata keçirilən fəaliyyətlərin daha da sürətləndirilməsinə dair müvafiq tapşırıq və tövsiyələrini verib.
Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkə rəhbərliyi tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin yaradılmasının sürətləndirilməsi qarşıya bir vəzifə kimi qoyulub.
CAHANGİR
Baxış sayı: 704
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır