Tarix:30/01/15
Eyni zamanda AMEA-nın bir neçə institut və təşkilatının fiber-optik əlaqə kanalı ilə şəbəkəyə qoşulması gündəmdədir. Şəbəkə infrastrukturunun genişləndirilməsi işləri ilə bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov İTİ-də keçirilən iclasda məlumat verib.
İTİ-dən qeyd edilib ki, R.Ələkbərov rəhbərlik etdiyi 4 saylı şöbənin fəaliyyət planına AMEA-nın Əsas binasında şəbəkə infrastrukturunun müasir tələblər əsasında yenidən qurulması, “AzScienceNet” şəbəkəsi əsasında ölkə daxili və xarici ölkələrlə onlayn videokonfransların təşkili, şəbəkənin internetə çıxış sürətinin 300 Mbit/s -ə çatdırılması, AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrindən istifadənin genişləndirilməsi, o cümlədən “AzScienceNet” üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edilməsi, AMEA-nın Əsas binasının həyətində “Wi-Fi” xidmətinin yaradılması, ali təhsil müəssisələrində “Eduroam” xidmətinin yaradılması və s. kimi tədbirlərin daxil olduğunu bildirib.
“AzScienceNet”-in təqdim etdiyi “Cloud Computing” xidmətlərinin ali təhsil müəssisələrinin əməkdaşlarına ödənişsiz olaraq təklif olunması və onların bu xidmətlərdən istifadə etməsi üçün təlim seminarlarının təşkil edilməsi ilə əlaqədar məqsədyönlü işlərin reallaşdırılması da fəaliyyət planında yer alıb.
Bundan başqa, bu il internetin tənzimlənməsi problemləri üzrə kompüter şəbəkələrində verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənməsi, e-dövlət mühitində bu texnologiyalardan istifadə imkanlarının araşdırılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Cari il ərzində “AzScienceNet” şəbəkəsi istifadəçilərinin kompüterlərinin reyestr sistemi təkmilləşdiriləcək
Cari il ərzində “AzScienceNet” şəbəkəsi istifadəçilərinin kompüterlərinin reyestr sistemi təkmilləşdiriləcək.Eyni zamanda AMEA-nın bir neçə institut və təşkilatının fiber-optik əlaqə kanalı ilə şəbəkəyə qoşulması gündəmdədir. Şəbəkə infrastrukturunun genişləndirilməsi işləri ilə bağlı AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov İTİ-də keçirilən iclasda məlumat verib.
İTİ-dən qeyd edilib ki, R.Ələkbərov rəhbərlik etdiyi 4 saylı şöbənin fəaliyyət planına AMEA-nın Əsas binasında şəbəkə infrastrukturunun müasir tələblər əsasında yenidən qurulması, “AzScienceNet” şəbəkəsi əsasında ölkə daxili və xarici ölkələrlə onlayn videokonfransların təşkili, şəbəkənin internetə çıxış sürətinin 300 Mbit/s -ə çatdırılması, AMEA-nın institut və təşkilatlarında yeni xidmət sahələrindən istifadənin genişləndirilməsi, o cümlədən “AzScienceNet” üzərindən AMEA-nın Gəncə və Naxçıvan bölmələri üçün çoxnöqtəli distant tədris xidmətinin təşkil edilməsi, AMEA-nın Əsas binasının həyətində “Wi-Fi” xidmətinin yaradılması, ali təhsil müəssisələrində “Eduroam” xidmətinin yaradılması və s. kimi tədbirlərin daxil olduğunu bildirib.
“AzScienceNet”-in təqdim etdiyi “Cloud Computing” xidmətlərinin ali təhsil müəssisələrinin əməkdaşlarına ödənişsiz olaraq təklif olunması və onların bu xidmətlərdən istifadə etməsi üçün təlim seminarlarının təşkil edilməsi ilə əlaqədar məqsədyönlü işlərin reallaşdırılması da fəaliyyət planında yer alıb.
Bundan başqa, bu il internetin tənzimlənməsi problemləri üzrə kompüter şəbəkələrində verilənlərin emalı mərkəzində hesablama və yaddaş resurslarının istifadəçilər arasında optimal paylanması üçün metod və alqoritmlərin işlənməsi, e-dövlət mühitində bu texnologiyalardan istifadə imkanlarının araşdırılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 663
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır