12px13px15px17px
Tarix:30/01/15

Prezidentin mətbuat xidməti 2014-cü ili əhatə edən videosənədləri arxivə verib

Azərbaycan Prezidentinin mətbuat xidməti daimi saxlanılmaq məqsədi ilə 2014-cü ili əhatə edən 19 saxlama vahidi kino (video) sənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə verib. 
 
Milli Arxiv İdarəsindən verilən məlumata görə, kinosənədlər dövlət başçısının Gəncədə “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanışlığını, Göygöl rayonunda Olimpiya kompleksinin, Göygöl Gənclər mərkəzinin, Məhsəti Gəncəvi Mərkəzinin, qaçqınlar üçün tikilmiş yeni yaşayış binasının və Bayraq meydanı kompleksinin rəsmi açılışlarını əks etdirir.
 
Prezidentin Ağdamda, Bərdədə, Füzulidə, Beyləqanda yerləşən hərbi hissələrdə əsgərlərlə görüşünü, NATO-nun baş katibini, Türkiyə və Gürcüstanın dövlət başçılarını rəsmi qəbul etməsini, Yunanıstanla bağlanmış dövlətlərarası sənədlərin imzalanmasını, AŞPA-nın Strasburqda keçirilən yay sessiyasındakı çıxışını, Avropa Komissiyasının sədrlərini qəbul etməsini əks etdirən görüntülər qəbul edilən kinosənədlərin tərkibini təşkil edir. 
 
Hazırda arxivdə qəbul edilmiş kino sənədlərin Milli arxiv fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənədin qısa, müfəssəl məzmunu haqqında məlumat hazırlanır.
 
CAHANGİR



Baxış sayı: 626

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024