Tarix:02/02/15
"ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, mobil qurğuların təkrar bazarını araşdırmış analitiklər belə nəticəyə gəliblər ki, 2014-cü ildə qabaqcıl “Apple” telefonları ən bahalı olub. “iPhone 6” və “iPhone 6 Plus” qurğularının ilin sonunda çıxmasına baxmayaraq, daha çox yenidən satışa çıxarılıb. Qurğuların orta satış qiyməti 731 dollar təşkil edib. “Samsung Galaxy S5” və “Samsung Galaxy Note 3” smartfonları ikinci pilləni tutub. Bu qurğuların satış qiyməti müvafiq olaraq 482 və 430 dollar təşkil edir.
Britaniyalılar əksər hallarda “Apple”ın smartfonlarını satışa çıxarır. Sonrakı pillələri “Samsung” və “HTC” şirkətlərinin qurğuları tutur.
Araşdırmaya əsasən, “iPhone” sahibləri brendə sadiqdirlər: smartfon sahiblərinin 80 faizdən çoxu köhnə “iPhone”un satışından sonra “Apple” telefonu satın alırlar. Keçmiş “iPhone” sahiblərinin yalnız 20 faizi “alma” qurğusunu başqa brendin smartfonuna dəyişib.
“Samsung”un telefon sahiblərinin sadiqlik göstəricisi aşağıdır. İstifadəçilərin yalnız 44 faizi yenidən satışdan sonra bu şirkətin smartfonlarını satın alır.
Emil Hüseynov
2014-cü ildə “Apple”ın smartfonları ən bahalı qurğu olub
Yenidən satışa çıxarılmış telefonlar haqda ətraflı statistika dərc etmiş Britaniyanın “CompareMyMobile” tədqiqat şirkətinin məlumatına görə, təkrar bazarda yenidən satışa çıxarılmış “iPhone” smartfonunun orta satış qiyməti rekorda imza atıb."ICTnews" elektron xəbər xidməti “macdigger.ru” saytına istinadən bildirir ki, mobil qurğuların təkrar bazarını araşdırmış analitiklər belə nəticəyə gəliblər ki, 2014-cü ildə qabaqcıl “Apple” telefonları ən bahalı olub. “iPhone 6” və “iPhone 6 Plus” qurğularının ilin sonunda çıxmasına baxmayaraq, daha çox yenidən satışa çıxarılıb. Qurğuların orta satış qiyməti 731 dollar təşkil edib. “Samsung Galaxy S5” və “Samsung Galaxy Note 3” smartfonları ikinci pilləni tutub. Bu qurğuların satış qiyməti müvafiq olaraq 482 və 430 dollar təşkil edir.
Britaniyalılar əksər hallarda “Apple”ın smartfonlarını satışa çıxarır. Sonrakı pillələri “Samsung” və “HTC” şirkətlərinin qurğuları tutur.
Araşdırmaya əsasən, “iPhone” sahibləri brendə sadiqdirlər: smartfon sahiblərinin 80 faizdən çoxu köhnə “iPhone”un satışından sonra “Apple” telefonu satın alırlar. Keçmiş “iPhone” sahiblərinin yalnız 20 faizi “alma” qurğusunu başqa brendin smartfonuna dəyişib.
“Samsung”un telefon sahiblərinin sadiqlik göstəricisi aşağıdır. İstifadəçilərin yalnız 44 faizi yenidən satışdan sonra bu şirkətin smartfonlarını satın alır.
Emil Hüseynov
Baxış sayı: 685
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır