Tarix:02/02/15
Bir neçə il bundan əvvəl sosial şəbəkələrin inkişafı ilə əlaqədar çoxları messencerlərin məhvini proqnozlaşdırdı. Əksinə, messencerlər inkişaf etdirildi və indi onlar yenidən populyardırlar.
“WhatsApp”
Demək olar ki, etalon messencerdir. Bu, məhz o proqramdır ki, istifadəçiləri SMS ilə deyil, internet vasitəsilə yazmağa alışdırdı. Standart funksionallığa mətn və foto daxil idi. Sonradan geolokasiya, video və audioməzmun əlavə edilib.
“WhatsApp” messenceri ilk öncə ödənişli olub və illik abunə haqqı $0,99 təşkil edib. Sonradan abunə haqqından imtina edilib. Bundan başqa, “WhatsApp” həmişə "bir hesab – bir qurğu" siyasətini dəstəkləyib, amma cari ilin yanvarında messencer veb həllini təqdim edib.
Teleqram
Təhlükəsizlik, təhlükəsizlik və bir daha təhlükəsizlik. Bu messencerin yaradıcısı Pavel Durov əsasən yazışmaya müdaxilənin qeyri-mümkünlüyünü əsas götürüblər.
Messencerin əsas üstünlüyü təhlükəsiz olmasıdır. Göndərilən mesaja görə çox narahatçılıq keçirənlər üçün "Secret chat" adlı funksiya var. Bu zaman əvvəlcədən təyin edilmiş müddətdən sonra mesajlar avtomatik silinir.
“Telegram”ın “WhatsApp”dan daha bir fərqi ondan ibarətdir ki, bu messencerin istənilən platforma üçün tətbiqi mövcuddur. Bütün yazışma istifadəçilər arasında avtomatik sinxronlaşdırılacaq.
Viber
Bu messencerin əsas üstünlüyü internet üzərindən ödənişsiz zənglər etmək imkanıdır. Bu yaxınlarda şirkət yeni funksiya (ictimai çat) təqdim edib. Şirkət bu funksiyanı yeni KİV forması adlandırır.
Ödənişsiz internet telefoniya funksiyası hesabına “Viber” ilk növbədə klassik messencerlərə deyil, “Skype” xidmətinə rəqibdir.
“Line”
Asiya ölkələrində bu messencer hitdir. Bundan başqa, maliyyə nöqteyi-nəzərindən olduqca uğurludur. Belə ki, tərtibatçılar istifadəçilərə stiker satın almağı və hətta oyundaxili alış-veriş etməyi təklif edirlər.
Bu halda, “Line” messencerə quraşdırılmış xidmətlər toplusu hesab edilə bilər. Bundan başqa, “Line”də, hətta müxtəlif şirkətlərin bloqları var.
“Snapchat”
Bütün yuxarıda sadalanan proqramlardan fərqli olaraq, “Snapchat” fotoşəkillərlə ünsiyyət üçün nəzərdə tutulub, şəkillərə yazı əlavə etmək olar. Fotoşəkillər qəbul edildikdən bir neçə saniyə sonra silinir: silinmə müddətini göndərən seçir.
Həmçinin bu qayda ilə 10 saniyəlik videoçarx göndərmək olar.
Emil Hüseynov
Messencerlərin inkişaf tarixi

Baxış sayı: 679
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib