12px13px15px17px
Tarix:02/02/15

“Google” “Android” qurğularının təhlükəsizliyini təmin etmək məqsədilə hakerlərlə əməkdaşlığa başlayır

“Google” şirkəti “Android” əlavələrdə boşluqların aşkar edilməsi məqsədi ilə hakerlərə  3 min dollaradək ödəyəcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, son 5 ildə korporasiya artıq “Chrome”da və digər “Google” proqram təminatlarında boşluqların aşkar edilməsinə görə hakerlərə 5 milyon dollaradək vəsait ödəyib.
 
İndi internet nəhəngi  “Google Play”in əlavələrində tapılan boşluqlara görə pul verəcək.
Bu prosesdə yalnız boşluq aşkar etmək təcrübəsinə malik olması təsdiqlənən hakerlər iştirak edə biləcəklər. Qonorar avans şəklində veriləcək, səhvin mütləq aşkar edilməsi tələb olunmadan.
 
Aynur Vəliyeva



Baxış sayı: 686

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024