12px13px15px17px
Tarix:02/02/15

“Internet Explorer” brauzerlər bazarında liderliyini qoruyur

“Net Applications” analitik şirkətinə məxsus “NetMarketShare” servisinin hesablamasına görə, 2015-ci ilin yanvarında “Internet Explorer” brauzerinin dünya brauzerlər bazarında payı bir ay əvvəlki 59,11 faizə nisbətdə 58,18 faiz təşkil edib.

İkinci yerdə iştirak göstəricisi 2014-cü ilin dekabrındakı 22,65 faizdən bir ay sonra 23,54 faizədək artan "Chrome” brauzeridir.
 
Üçüncü yerdə olan “Firefox” brauzerinin payı azalmaqda davam edir. 2014-cü ilin martında bu brauzer “Chrome”un yanında idisə, ilin sonuna ondan xeyli geri qalıb. 2015-ci ildə “Firefox”un payı 11,9 faizədək aşağı düşüb.
 
“Safari” brauzerinin bazar payı uzun illərdir 5 faizlə ölçülür, ötən ayı brauzer 5,03 faizlik göstərici ilə başa vurub. “Opera” brauzeri “NetMarketShare” statistikasında 1 faizlə kifayətlənməli olub.
 
“Net Applications” 40 mindən çox sayta daxil olan 160 milyon istifadəçinin aktivliyini izləyir. İnternet mühitini öyrənən digər tədqiqat şirkətləri adətən unikal istifadəçiləri deyil, səhifələrin baxış sayını hesablayır. Belələrinə hər ay 3 milyondan çox sayta girişi və 15 milyard sayta baxış sayını izləyən "StatCounter” layihəsi aiddir.
 
“StatCounter”in məlumatına görə, kompüter, planşet və oyun qurğuları arasında ən populyar brauzer 2015-ci ilin yanvarında payı ötən ilin dekabrındakı 46,13 faizdən 48,15 faizədək artan "Chrome” brauzeridir. “Internet Explorer”, əksinə, mövqeyini itirib: 2014-cü ilin sonunda “Microsoft” məhsulu nəzərdən keçirilən bazarın 22,3 faizinə nəzarət edib, lakin artıq yanvarda pay 19,28 faizədək azalıb.
 
“Internet Explorer” brauzerinə tədricən ay ərzində payını 0,62 faiz bənd - 16,96 faizədək artıran “Firefox” yaxınlaşır. "StatCounter” hesablamasına görə, “Safari” brauzerində bu göstərici 10,28 faizə bərabərdir, - "DailyComm” yazır.
 



Baxış sayı: 689

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024