12px13px15px17px
Tarix:03/02/15

IV sinif müəllimləri İKT savadlılığı mövzusunda yeni yanaşmalarla tanış olacaqlar

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri İKT savadlılığı mövzusunda yeni yanaşmalarla tanış olacaqlar. Tanışlıq Təhsil Nazirliyinin təklif etdiyi “Təməl” təqaüd proqramı çərçivəsində həyata keçiriləcək.

Nazirlikdən bildirilib ki, təqaüd proqramının qalibləri yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqdır.
 
Təlim kursu 16 həftəlikdir (həftədə 2 dəfə 3 akademik saat hesabı ilə). Təlim kursunda iştirakçılar yaş fiziologiyası və psixologiyası, ibtidai təhsilin fəlsəfəsi və öyrənmə nəzəriyyələri, pedaqoji ustalıq praktikumu mövzuları ilə də ətraflı tanış ediləcəklər:
 
“Hazırda IV sinifdə dərs deyən ali pedaqoji təhsilli müəllimlər müsabiqədə iştirak edə bilər. Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaq. Bu səbəbdən şəxsi elektron poçtdan istifadə və poçtu mütəmadi yoxlamaq vacibdir. Müraciət üçün son tarix 27 fevraldır”.
 
Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcək. I mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərilən ərizə forması əsasında seçiləcək. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcək.
 
Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcək.
 
 İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1073

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024