Tarix:03/02/15
Ötən ilin dördüncü rübündə planşetlərin dünya bazarına tədarükü 76,1 milyon təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır. "IDC" tədqiqat şirkətinin ilkin nəticələrinə əsasən, ilk dəfə planşet bazarında azalma müşahidə olunub.
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin üç rübü üzrə sözügedən bazarda müsbət dinamika qeydə alınıb. Analitiklərin məlumatına əsasən, 2014-cü ildə planşet bazarının həcmi 4,4 faiz artaraq 229,6 milyon qurğu olub. 2013-cü ildə bu bazarın həcmi 219,9 milyon planşet təşkil edib.
Analitiklər 2014-cü ilin son rübündəki mənfi dinamikanı "iPhone" smartfonunun son nəslində ekranın diaqonalının artımı ilə izah ediblər. Bu səbəbdən "iPad" (dördüncü rübdə azalma 17,8 faiz olub) planşetlərinin satışı azalıb. "Apple iPad" planşet bazarının əsas "oyunçu"larından biridir, buna görə bazarın dinamikası bu planşetin satışlarından asılıdır.
Qlobal planşet bazarının başqa əsas "oyunçu"su "Samsung" şirkətinin "Galaxy Tab" planşet istehsal xəttidir. Son rübün nəticəsinə görə, bu xəttin tədarükü 18,4 faiz azalıb.
Sön rübdə "Asustek" (24,9 faiz azalma) və "Amazon" (69,9 faiz) şirkətləri, həmçinin mənfi dinamika göstərib.
Analitiklər 2015-ci il üzrə proqnozu dəyişdirməyiblər. Onlar əmindirlər ki, cari ildə planşet bazarının həcmi artacaq.
Emil Hüseynov
İlk dəfə qlobal planşet bazarında azalma qeydə alınıb
2014-cü ilin son rübündə qlobal planşet bazarında ilk dəfə mənfi dinamika nümayiş qeydə alınıb. 2015-ci ildə analitiklər tədarük həcminin artımına ümid edirlər.Ötən ilin dördüncü rübündə planşetlərin dünya bazarına tədarükü 76,1 milyon təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz azdır. "IDC" tədqiqat şirkətinin ilkin nəticələrinə əsasən, ilk dəfə planşet bazarında azalma müşahidə olunub.
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, 2014-cü ilin üç rübü üzrə sözügedən bazarda müsbət dinamika qeydə alınıb. Analitiklərin məlumatına əsasən, 2014-cü ildə planşet bazarının həcmi 4,4 faiz artaraq 229,6 milyon qurğu olub. 2013-cü ildə bu bazarın həcmi 219,9 milyon planşet təşkil edib.
Analitiklər 2014-cü ilin son rübündəki mənfi dinamikanı "iPhone" smartfonunun son nəslində ekranın diaqonalının artımı ilə izah ediblər. Bu səbəbdən "iPad" (dördüncü rübdə azalma 17,8 faiz olub) planşetlərinin satışı azalıb. "Apple iPad" planşet bazarının əsas "oyunçu"larından biridir, buna görə bazarın dinamikası bu planşetin satışlarından asılıdır.
Qlobal planşet bazarının başqa əsas "oyunçu"su "Samsung" şirkətinin "Galaxy Tab" planşet istehsal xəttidir. Son rübün nəticəsinə görə, bu xəttin tədarükü 18,4 faiz azalıb.
Sön rübdə "Asustek" (24,9 faiz azalma) və "Amazon" (69,9 faiz) şirkətləri, həmçinin mənfi dinamika göstərib.
Analitiklər 2015-ci il üzrə proqnozu dəyişdirməyiblər. Onlar əmindirlər ki, cari ildə planşet bazarının həcmi artacaq.
Emil Hüseynov
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır