Tarix:03/02/15
Şirkətin müştərilərin üstünlüklərinə əsaslanaraq tərtib etdiyi mobil ödənişlər indeksi 26 faizə bərabərdir. Mobil qurğular vasitəsilə məhz bu qədər elektron ödəniş həyata keçirilir.
Mobil ödənişlərin payı ödəniş sisteminin tədqiqata başladığı gündən ilk dəfə 25 faizlik həddi üstələyib. “Adyen” 2013-cü ilin iyunundan rüblük mobil ödənişlər indeksini qeydə alır.
“Adyen”in kommersiya direktoru tədqiqatın nəticələrini şərh edərək bildirib ki, mobil hesablaşmaların sayının artmasına elektron ticarətin müxtəlif sektorlarında, o cümlədən pərakəndə satış, bilet alışı, oyunlar, rəqəmli kontent sahəsində uğur sayəsində nail olunub.
Rəhbər qeyd edib ki, birinci rübdə elektron ticarət bazarına yenicə daxil olan müəssisələrin çoxu əvvəlcə elektron mağazanın mobil versiyasını hazırlamağa üstünlük veriblər.
İstifadəçilər internetdə daha çox “Аpple” qurğuları vasitəsilə alış-veriş edirlər. Belə ki, alışların ümumi məbləğinin 34 faizi “iPad” planşetinin payına düşür. “iPhone” smartfonundan internetdə malların alışı üçün 32,3 faiz halda istifadə edilir. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən telefonlarla alış-verişin 25,3 faizi həyata keçirilir. Bununla belə, bu, “Android” sistemli smartfonlar üçün xeyli artım deməkdir, çünki bir il əvvəl - 2003-cü ilin dördüncü rübündə göstərici 20 faizdən çox olmayıb.
Tədqiqat müəllifləri qeyd edirlər ki, elektron kommersiya bazarı zaman keçdikcə daha mobil olacaq, - "Payspacemagazine” yazır.
Elektron ödənişlərin 26 faizi mobil qurğuların payına düşür
“Adyen” ödəniş sistemi tərəfindən dərc edilən məlumatlara görə, yaxın vaxtlarda mobil kommersiya adi internet mağazalarında edilən alış-verişin həcmini ötəcək.Şirkətin müştərilərin üstünlüklərinə əsaslanaraq tərtib etdiyi mobil ödənişlər indeksi 26 faizə bərabərdir. Mobil qurğular vasitəsilə məhz bu qədər elektron ödəniş həyata keçirilir.
Mobil ödənişlərin payı ödəniş sisteminin tədqiqata başladığı gündən ilk dəfə 25 faizlik həddi üstələyib. “Adyen” 2013-cü ilin iyunundan rüblük mobil ödənişlər indeksini qeydə alır.
“Adyen”in kommersiya direktoru tədqiqatın nəticələrini şərh edərək bildirib ki, mobil hesablaşmaların sayının artmasına elektron ticarətin müxtəlif sektorlarında, o cümlədən pərakəndə satış, bilet alışı, oyunlar, rəqəmli kontent sahəsində uğur sayəsində nail olunub.
Rəhbər qeyd edib ki, birinci rübdə elektron ticarət bazarına yenicə daxil olan müəssisələrin çoxu əvvəlcə elektron mağazanın mobil versiyasını hazırlamağa üstünlük veriblər.
İstifadəçilər internetdə daha çox “Аpple” qurğuları vasitəsilə alış-veriş edirlər. Belə ki, alışların ümumi məbləğinin 34 faizi “iPad” planşetinin payına düşür. “iPhone” smartfonundan internetdə malların alışı üçün 32,3 faiz halda istifadə edilir. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən telefonlarla alış-verişin 25,3 faizi həyata keçirilir. Bununla belə, bu, “Android” sistemli smartfonlar üçün xeyli artım deməkdir, çünki bir il əvvəl - 2003-cü ilin dördüncü rübündə göstərici 20 faizdən çox olmayıb.
Tədqiqat müəllifləri qeyd edirlər ki, elektron kommersiya bazarı zaman keçdikcə daha mobil olacaq, - "Payspacemagazine” yazır.
Baxış sayı: 631
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır