12px13px15px17px
Tarix:03/02/15

“Motorola” yenidən Azərbaycana qayıdır

“Motorola Inc. ABŞ Schaumburg” İllinois ştatında əsası qoyulan çoxmillətli telekommunikasiya şirkətidir. Bu şirkət 2009 və 2007-ci illərdə 4.3 milyard dollar ziyana uğradığına görə, 2011-ci il yanvar ayının 4-də  iki müstəqil şirkətə bölündü, “Motorola Mobility” və “Motorola Solution”.
 
 “Motorola”nın simsiz telefon cihaz bölgüsü mobil telefon cəmiyyətində qabaqcıl mövqe tutub. “Motorola Mobility” “Google” şirkətinin sahibləndiyi mobil telefon istehsalçısıdır. Bu şirkət 2012-ci ildə Hindistanda mobil  xidmətini dayandırıb. “Motorola Mobility” şirkətinin  “Android” smartfonlar və “Bluetooth” aksessuarları insanları bir-birləri ilə əlaqə saxlamağa sövq edir.

“Motorola” şirkəti özünün bir çox modelləri ilə sevənlərini heyran edib. Bu modellər sırasına “RAZR HD”, “RAZR MAXX HD”, “RAZR M” kimi versiyalar daxil olub.

“Motorola” Azərbaycan telefon bazarında zəifləsə də, tezliklə bu cihazların ölkəmizə qayıtması gözlənilir. 
 
Tez bir zamanda “Motorola” yeni model smartfonları ilə Azərbaycanda alıcılarını sevindirəcək.
 
RƏVAN



Baxış sayı: 767

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024