12px13px15px17px
Tarix:04/02/15

Sinqapurda dövlət idarələri üçün telekommunikasiya şəbəkəsi yaradılacaq

Sinqapur hökuməti dövlət təsisatlarının və idarələrinin ehtiyacları üçün telekommunikasiya şəbəkəsinin yaradılması məqsədilə tender elan edib.
 
Yeni layihə özündə hazırda ölkə üzrə quraşdırılan minlərlə müxtəlif ötürücünü birləşdirəcək. Bura müxtəlif yol ötürücüləri, müşahidə kameraları, təhlükəsizlik sistemləri, təbii fəlakətlər haqqında xəbərdarlıq sistemləri və s. daxildir. Bu informasiyanın hamısı müvafiq qurumlara daxil olaraq ən müasir üsullarla təhlil ediləcək. Şəbəkə həmçinin müxtəlif idarələrə bir-biri ilə effektli əlaqə qurmağa və məlumat mübadiləsi etməyə imkan verəcək. Təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetiriləcək.
 
Yeni şəbəkə Sinqapurun ultramüasir şəhərə çevrilməsi üzrə planın tərkib hissəsidir. Ölkədə bu konsepsiya “Ağıllı millət” adlanır. Təşəbbüs çərçivəsində müxtəlif layihələr həyata keçirilir.
 
Yeni telekommunikasiya şəbəkəsi haqqında danışan Sinqapurun “Infocomm Development Authority” (IDA) informasiya texnologiyaları sahəsi üzrə tənzimləyici orqanının nümayəndələri bəyanatla çıxış ediblər.
 
Bəyanatda deyilir ki, Sinqapur ağıllı millətə çevrildikcə, biz dövlətin “ağıllı millət” layihələrinin inkişafına xidmət edən vahid infrastrukturun yaradılması üçün daha çox şey edə biləcək yeni sahələr və imkanlar görürük. Ölkə üçün dövlət təsisatları arasında ötürülən potensial həssas informasiyanın etibarlı mühafizəsinin təmini çox böyük əhəmiyyətə malikdir.   
 
Tender qalibi İP şəbəkəsini hazırlayaraq sonradan onu tətbiq etməlidir. Şəbəkə mobil siqnallar ötürmək imkanına malik olmalıdır. Tender fevralın 10-dək davam edəcək, - "Telekomza yazır. 



Baxış sayı: 655

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024