12px13px15px17px
Tarix:04/02/15

“Nar Mobile” dəyərli kitablara endirim fürsəti qazandırır

Elm və təhsilə, mədəniyyət və maariflənməyə xüsusi diqqət yetirən “Nar Mobile” abunəçilərinin intellektual səviyyəsinin artırılması və maariflənmənin inkişafına nail olmaq üçün daima xüsusi səy göstərir. Kitaba olan sevgini artırmaq, ona dəyər qazandırmaq üçün mobil operator tanınmış kitab mağazaları şəbəkəsi ilə əməkdaşlığını davam etdirir. 
 
Belə ki,  “Nar” mobil operatorunun “Əli və Nino” kitab mağazaları şəbəkəsi ilə birlikdə istifadəçilər üçün təqdim etdiyi mükəmməl fürsət məhz bu əzmkarlığın təzahürüdür. Bu əməkdaşlığın nəticəsi kimi öz telefon və ya planşetində turbo-paketləri aktivləşdirən hər bir “Nar” abunəçisi “Əli və Nino” kitab mağazaları şəbəkəsindən endirimlər qazanır.
 
 
Xatırladaq ki, kampaniya çərçivəsində “Turbo S” paketini aktivləşdirən abunəçi 25%, “Turbo M” paketini aktiv edən istifadəçi 30%, “Turbo L” paketini aktivləşdirənlər isə 40% endirim əldə edirlər.
 
Endirimdən yararlanmaq üçün aktivləşdirmə SMS-ni “Əli və Nino” kitab dükanlarındakı satış məsləhətçisinə təqdim etmək yetərlidir. 
 
RƏVAN
 



Baxış sayı: 855

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024