12px13px15px17px
Tarix:05/02/15

Avropa elektron ticarətin inkişaf tempinə görə ABŞ-ı qabaqlayır

2015-ci ildə Avropa İttifaqında (Aİ) elektron ticarətin artım tempi ABŞ-ın internet mağazalarının inkişafını ötməklə ötən il olduğu kimi 18,4 faiz təşkil edəcək.
 
2014-cü ilin yekunları üzrə Avropada elektron ticarətin həcmi ötənilki 131,61 milyard avrodan 156,28 milyard avroyadək artıb ki, bu da 18,4 faizlik artım tempinə bərabərdir. 2015-ci ilin sonunadək Aİ ölkələrində onlayn satışın həcminin 185,39 milyard avro olacağı gözlənilir.
 
Lakin elektron satış artdıqca ənənəvi pərakəndə ticarətin həcmi azalacaq. 2015-ci ildə bu göstəricinin 1,4 faiz olacağı proqnozlaşdırılır.
 
Aparılan tədqiqatdan məlum olub ki, Avropanın onlayn alıcıları internetdə daha çox vəsait xərcləyəcək. Xərcin orta qiyməti 61,85 avroya bərabər olacaq ki, bu da ötən ilin göstəricisindən 6 faiz çoxdur. Cari ildə avropalılar internet mağazalarında orta hesabla 970 avro sərf edəcək. 2014-cü ildə orta avropalının internetdə xərcləri 874 avroya bərabər olub. 
 
Tədqiqatı aparan “RetailMeNot” şirkəti Avropanın elektron kommersiya bazarını qiymətləndirməklə yanaşı, onu ABŞ-da sahənin inkişafı ilə müqayisə edib. ABŞ-da onlayn ticarət sənayesinin Avropa sənayesindən daha yaxşı inkişaf etməsinə (2014-cü ildə müvafiq olaraq 224 milyard avro və 156 milyard avro) baxmayaraq Avropada onlayn ticarətin inkişaf tempi ABŞ-dakından yüksəkdir (müvafiq olaraq 18 və 14 faiz).  
 
Avropada elektron kommersiya sahəsində aparıcı ölkə Böyük Britaniya hesab edilir. Bildirilir ki, cari ildə ölkə bazarının həcmi 61,84 milyard avro təşkil edəcək. Almaniyada bu göstərici 52,79 milyard avroya bərabərdir. Fransada internetdə satış həcminin 36,53 milyard avroya çatacağı gözlənilir, - “Payspacemagazine” yazır.



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024