12px13px15px17px
Tarix:05/02/15

Baltikyanı ölkə Avropa Kosmik Agentliyinə qoşulub

Estoniya Avropa Kosmik Agentliyinə (AKA) daxil olmaq haqqında saziş imzalayıb.  
 
AKA-nın Parisdə yerləşən mənzil-qərargahında sənədi ölkənin xarici ticarət və sahibkarlıq naziri Anne Sullinq və agentliyin baş direktoru Jan-Jak Dorden imzalayıb. Saziş ratifikasiya olunduqdan sonra Baltikyanı dövlət AKA-nın 21-ci tamhüquqlu üzvü olacaq.
 
İmzalanma mərasimində nazir A.Sullinqin dediyinə görə, Estoniya tərəfi üçün AKA-ya qoşulma iqtisadiyyatın inkişafında, o cümlədən innovativ layihələrdə vacib stimul olacaq. “Estoniya yüksək texnologiyalı bacarıq və biliklərini inkişaf etdirə biləcək, sahibkarlar və alimlər Avropa kosmik sənayesinin aparıcı müəssisələri ilə əməkdaşlıq üçün yeni imkanlar əldə edəcəklər”, - o qeyd edib.
 
Öz növbəsində AKA rəhbəri Jan-Jak Dorden agentliyə daha bir ölkənin qoşulmasını alqışlayıb. O xatırladıb ki, Estoniya mütəxəssisləri Avropanın müxtəlif kosmik layihələrində əvvəllər də aktiv iştirak ediblər. “Estoniyanın AKA-ya qoşulmasından maksimum faydalanmasını arzulayıram”, - agentlik rəhbəri vurğulayıb.
 
Avropa agentliyinə ilik üzvlük haqqı 870 min avro təşkil edir. İllik üzvlük haqqından başqa saziş imzalanandan sonra 600 min avro məbləğində birdəfəlik üzvlük haqqı ödəniləcək.
 
Simvolik olaraq Estoniya Avropa kosmik klubuna 2013-cü ilin mayında daxil olub. O zaman Tartu Universitetinin alim və tələbə kollektivi tərəfindən yaradılan “ESTCube-1” nanopeyki Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan Fransanın raketdaşıyıcısı ilə uğurla orbitə buraxılıb.
 
Məlumat üçün bildirək ki, 1975-ci ildə yaradılan AKA-nın illik büdcəsi 4 milyard avro təşkil edir. AKA çoxlu kosmik missiyalar həyata keçirir və orbitə kommersiya əsaslı daxil olmaqla süni peyklər göndərir. 2012-ci ildə Polşanın agentliyə daxil olmasından sonra hazırda Avropa İttifaqının iyirmi ölkəsi təşkilatın tamhüquqlu üzvüdür, - “TASS yazır.



Baxış sayı: 656

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024