Tarix:05/02/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni əlavə olunan xidmətlərimizin artıq bir neçəsi saytımızda aktivdir, digərləri isə tezliklə aktiv olacaq. Yeni xidmətlər bunlardır:
Aynur Vəliyeva
Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi yeni xidmətlər təqdim edib
Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saytında 6 yeni bölməni tezliklə istifadəçilərin xidmətinə verəcək.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, yeni əlavə olunan xidmətlərimizin artıq bir neçəsi saytımızda aktivdir, digərləri isə tezliklə aktiv olacaq. Yeni xidmətlər bunlardır:
- “Şifr generatoru” - şifr generatorunun köməkliyi ilə seçdiyiniz şifr uzunluğuna və şifr tərkibinə görə (rəqəm, hərf, simvol, qarışıq) müxtəlif şifr kombinasiyalarını onların təhlükəsizlik səviyyəsini ölçməklə yarada və istifadə edə bilərsiniz.
- “Şifr təhlükəsizliyi” - şifr təhlükəsizliyi bölməsində istifadədə olan və ya olmayan istənilən şifr kombinasiyasının təhlükəsizlik səviyyəsinin kriterilərlə yoxlanılması ilə yanaşı, mövcud parolun “bruteforce” texnikasında ümumi istifadədə olan siyahılarda olub-olmamasını da yoxlamaq olar.
- “Mənim İP ünvanım” – “Mənim İP ünvanım” əsasən NAT arxasında olan və çıxış İP ünvanlarını tapmaqda çətinlik çəkən istifadəçilər üçün İP-lərini göstərən kiçik xidmət skriptidir.
- “Yoluxmuş İP” - yoluxmuş İP bir çox araşdırma mərkəzlərindən aldığımız və birləşdirərək vahid yoluxmuş IP bazasına çevirdiyimiz məlumat axtarış sistemidir. İstifadəçi bu bölmədə istifadənizdəki İP-nin yoluxmuş İP-lər siyahısında olub-olmamasını yoxlaya, həmçinin yoluxmanın müəyyən edildiyi vaxtı (timestamp) əldə edə biləcək. Qeyd edək ki, baza yalnız Azərbaycan IP-dən ibarətdir və xidmətdən yalnız Azərbaycan istifadəçiləri yararlana biləcək.
- “Malware Lab” – “Malware Lab” özündə bir sıra xidmətləri cəmləyəcək proqram təminatları ilə istifadəçilərə xidmət edəcək. Belə ki, xidmətin bir hissəsi zərərverici kodların analizi sahəsində professional məşğul olmaq istəyənlər üçün əlverişli analiz alətləri ilə təmin olunmuş proqram təminatını istifadəyə vermək olacaqsa, digər xidmət isə sadə istifadəçilər üçün nəzərdə tutulmuş və istifadəçilərin şübhələndikləri faylların, o cümlədən kompüterin kənar qoşulmalarının yoxlanmasını, həmçinin şübhəli faylları analiz üçün “KİMM Malware Lab”-a göndərə biləcəkləri proqram təminatından ibarət olacaq.
- “Virtual sınaq” (CTF) – “Virtual Sınaq” adı verdiyimiz xidmət hissəsində bütün dünyada məşhur olan CTF (Capture the flag) yarışması formatında çətinliklər blokundan ibarət tapşırıqlardan ibarət olacaq.
Aynur Vəliyeva
Baxış sayı: 920
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib