12px13px15px17px
Tarix:05/02/15

Qloballaşan dünya təhsil sistemində İKT-dən geniş istifadəni labüd edir


 Qloballaşan dünya təhsil sisteminin idarə olunmasında yeni tədris texnologiyalarından, İKT-dən, beynəlxalq təcrübə və standartlarından istifadənin vacibliyini ortaya qoyur. Bu gün verdiyi təhsildə informasiya-kommunikasiya texnologiyalarını tətbiq etməyən ölkələr inkişaf etmiş ölkələrlə ayaqlaşa bilməzlər.

Sevindirici haldır ki, Azərbaycan özünün təhsil sistemində informasiya texnologiyalarından, müasir dövrün tələblərindən geniş şəkildə tətbiq etməyə başlayıb və bu istiqamətdə atılan addımlar get-gedə sürətləndirilir.
 
 
Bu barədə mətbuata açıqlama verən Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Abıyev bildirib ki, ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı istiqamətində düşünülmüş addımlar atılır, lazımi strategiyalar qəbul olunur, sərəncamlar verilir:
 
 “Ulu öndərimiz, müstəqil  Azərbaycanın qurucusu Heydər Əliyev   hələ Sovetlər  dönəmində  Azərbaycanda  təhsilə və idmana   çox böyük diqqət  yetirirdi. Ulu öndərin müəllim adına göstərdiyi hörmət  hamıya  məlumdur.
 
Bu gün də  ulu öndərin  layiqli  davamçısı, Prezidentimiz  cənab  İlham Əliyev  bütün sahələrdə  olduğu kimi, təhsil və idmana çox  böyük diqqət və qayğı  göstərir. Ölkə Prezidenti İlham Əliyev 2013-cü ildə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında Sərəncam imzalamışdır. Biz təhsil işçiləri  bu gün və gələcək işlərimizi bu strategiyanın uğurla aparılması üçün bütün bilik, bacarıqlarımızdan istifadə etməliyik. Heç bir təhsil işçisi, tutduğu vəzifədən və rütbəsindən asılı olmayaraq kənarda qalmamalıdır. Bu strategiyanın davamlı inkişafı, qələbəsi hər bir azərbaycanlı ziyalısının başlıca vəzifələrindən biri olmalıdır. Bax  burada vətənpərvərlik də var, tələbələrimizin  gələcəyi haqqında, təhsilimiz haqqında düşünmək də var. Strategiyada bu gün ölkəmizdə təhsilin vəziyyəti, onun keyfiyyəti, əhatəliliyi və məzmunu haqqında geniş  məlumat verilir və gələcək hədəflər göstərilir. Burda tədris metodikalarından başlayaraq  təhsilin müasir standartlarına cavab verən infrastrukturunun və resurslarının yaradılması yolları göstərilir”.
 
 
Rektor bildirib ki, əsas strateji hədəf isə nəzəri bilikli və yüksək təcrübi bacarığı olan gənc,  müasir beynəlxalq standartlara cavab verən ixtisasçı hazırlamaqdır. “Bir sözlə, təhsil strategiyası böyük perspektivlər vəd edir” – deyən millət vəkili əlavə edib ki, bunun üçün tədris proqramlarına yeni, müasir nöqteyi-nəzərdən baxmaq lazımdır: “Elə fənlər var ki, məsələn, təbiət elmlərində, məzmunca əsaslı dəyişiklik aparmaq düzgün olmazdı, məsələn, riyaziyyat, fizika, kimya, anatomiya, fiziologiya, psixologiya və s. , amma bu fənlərin tədrisinin metodikasından, müasir pedaqoji fəndlərdən, ən başlıcası isə yeni Avropa təhsil sistemində qəbul olunmuş, təhsilalanın biliklərinin qiymətləndirməsi metodikasından istifadə etməliyik. Ancaq bu yolla biz Avropaya tələbələrimizin səviyyəsinin nə dərəcədə olduğunu göstərə bilərik”.
 
 
SEYMUR



Baxış sayı: 818

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024