12px13px15px17px
Tarix:06/02/15

Elektron Təhlükəsizlik Mərkəzi: “Antivirus proqramlarınızı daim işlək vəziyyətdə saxlayın”

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi kompüter istifadəçilərinə kompüterdəki məlumatları şifrələyən, “Critroni” və ya “CTB Locker” olaraq tanınan ziyanverici proqramın (ransomware) yayılması barədə xəbərdarlıq edib.
 
Xəbərdarlıqda deyilir ki, bu ziyanverici proqram təminatı əsasən spam məktublar vasitəsilə kompüter istifadəçilərinə göndərilir. İstifadəçi bu məktubları açdığı zaman ziyanverici proqramlar kompüterə yüklənmiş olur. Kompüterə yükləndiyi andan “Critroni” istifadəçinin şəkil, video, sənəd və digər məlumatlarını şifrələməyə başlayır. Məlumatlar şifrələndikdən sonra istifadəçidən 72 saat müddətində bitcoin vasitəsilə müəyyən ödəniş etməyi tələb edir.  Ödəniş edilməyən müddətdə istifadəçinin şəxsi məlumatlarını geri almaq mümkün olmur. 
 
İstifadəçilər öz fayllarını bərpa vasitələrindən və ya sistemin ehtiyat nüsxəsindən istifadə edərək bərpa edə bilərlər. Həmçinin bu fəaliyyəti həyata keçirən digər proqram təminatlarından da istifadə etmək mümkündür.
 
Mərkəz tövsiyə edir ki, bu ziyanverici proqram təminatından mühafizə üçün antivirus proqramlarınızı daim işlək vəziyyətdə saxlayın. Bununla yanaşı, istifadəçilərə spam məktubları açmamaq, həmin məktublardakı faylları kompüterə yükləməmək, əgər həmin fayllar səhvən yüklənmişsə, onları açmamaq tövsiyə edilir.
 
CAHANGİR
 
 



Baxış sayı: 690

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024