12px13px15px17px
Tarix:06/02/15

Abşeronda bütün infrastruktur obyektlər də telefonlaşdırılıb

Respublika üzrə ilk dəfə “Aztelekom” İB tərəfindən Abşeron Telekommunikasiya şəbəkəsi üzrə “Qurtuluş-93” qəsəbəsində tətbiq edilən  PON texnologiyası tam şəkildə istismara verilib.
 
Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Abşeron TKQ-nin rəisi Əyyub İsmayılov məlumat verib. Onun sözlərinə görə, şəbəkə üzrə əhalinin telefona olan tələbatı tam ödənilir. Eyni zamanda qəsəbədə bütün infrastruktur obyektlər də telefonlaşdırılıb.  PON optik-lif xəttə genişzolaqlı multiservisli çıxış üçün daha çox perspektivli texnologiyadır. 
 
Adıçəkilən yaşayış massivində yaşayış olan 42-43 ədəd beşmərtəbəli birbloklu yaşayış evləri mövcuddur. Qəsəbədə qurulan 4992 nömrə tutumlu EATS bu beşmərtəbələrdən birinin birinci mərtəbəsində yerləşir. Hazırda 800 abunəçinin mənzili telefonlaşdırılıb. Qəsəbədən Xırdalanın mərkəzi EATS-i optik kabellə birləşib. Binaların hər birinə PON texnologiyası əsasında optik kabellər çəkilib, vətəndaşların mənzilləri telefonlaşdırılıb.
 
 
Ə.İsmayılov bildirdi ki, “ADSL və PON abonentləri arasında telekommunikasiya xidmətlərinin istehlakı strukturundakı əsas fərq sonuncular üçün xidmət seçiminin daha çox olmasıdır. ADSL istifadəçisi bir xidmətdən (internet şəbəkəsinə genişzolaqlı çıxış) istifadə edirsə, PON abonentlərinə eyni anda bir neçə xidmətdən əlverişli şərtlərlə istifadə təklif olunur (telefon, televiziya və internet şəbəkəsinə çıxış). Əyyub İsmayılov bildirdi ki,  şəbəkənin əlavə kommutasiya avadanlıqları hesabına genişləndirilməsi telefon xidmətləri ilə yanaşı, müasir abonent xidmətləri və əlavə rabitə xidmətlərinin əhatəsini genişləndirmə imkanı verir”.
 O, daha sonra qeyd etdi ki, bu texnologiyalar tətbiqi abunəçilərə VoIP-telefoniya, səs poçtu, məlumatların ötürülməsi, multimedia xidmətləri, virtual xüsusi şəbəkə, məlumatların unifikasiya mübadiləsi, məlumatların ani mübadiləsi, interaktiv nitq cavabı sistemi üzrə xidmət, interaktiv oyunlar, videokonfrans və ev meneceri kimi xidmətlərdən istifadə etmə imkanı verir.
 
 
 Abşeronun bir çox qəsəbələrində ONU avadanlığı istismara verilib. Bu il ərzində daha 19 stansiya qurulacaq. ONU stansiyası sakinlərə NGN texnologiyası imkanlığı ilə 62 növ servis xidmətindən istifadə etməyə imkan verir. Sözügedən avadanlıq istifadəçilərin telefon rabitəsi ilə yanaşı, İP TV, videotelefon və digər multimedia xidmətlərindən yüksək səviyyədə istifadəsinə geniş imkanlar yaradır. Dünya təcrübəsində texnoloji baxımdan özünü yaxşı təqdim edən avadanlıq abunəçi ilə stansiya arasında məsafəni qısaldır, telefon, internet xidmətinin daha sürətli və yüksək keyfiyyətli çatdırılmasını təmin edir.

RƏVAN



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024