Tarix:06/02/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təqdimatda ölkənin bir sıra mobil operatorları, dövlət və özəl qurumların nümayəndələri, həmçinin telekommunikasiya sahəsi ilə yaxından maraqlanan xarici ölkədən gələn qonaqlar iştirak edib.
Yaponiyadan gələn mütəxəssislər təqdimat zamanı rabitə texnologiyaları sahəsindəki yeniliklərini – İMS və DWDM texnologiyalarının üstünlüklərini nümayiş etdiriblər.
Qeyd edək ki, İMS (İP Multimedia Subsystem) – İP protokolu ilə işləyən multimedia alt sistemidir. Bu texnologiya sabit və mobil telefon şəbəkələrinin konvergensiyası üçün istifadə olunur. İMS texnologiyasının şəbəkələrdə tətbiqi müxtəlif növ multimedia xidmətlərindən həm sabit, həm də mobil şəbəkə istifadəçilərinin çox asanlıqla istifadə etmələrinə imkan yaradır.
DWDM texnologiyası – dalğa uzunluğuna görə sıxlaşdırma prinsipi ilə işləyən xüsusilə magistral transport (nəqliyyat) şəbəkələrində geniş tətbiq olunan optik texnologiyadır. Magistral transport şəbəkələrində olan böyükhəcmli trafiklərin yüksək sürətlə uzaq məsafələrə daşınmasını təmin edən müasir tipli avadanlıqdır.
Aynur Vəliyeva
"Aztelekom"da yeni İMS və DWDM texnologiyalarının təqdimatı keçirilib
Dünyanın ən iri telekommunikasiya kompaniyalarından biri sayılan Yaponiyanın “NEC Corporation” şirkəti “Aztelekom” İB-də yeni İMS və DWDM texnologiyalarının təqdimatını keçirib.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, təqdimatda ölkənin bir sıra mobil operatorları, dövlət və özəl qurumların nümayəndələri, həmçinin telekommunikasiya sahəsi ilə yaxından maraqlanan xarici ölkədən gələn qonaqlar iştirak edib.
Yaponiyadan gələn mütəxəssislər təqdimat zamanı rabitə texnologiyaları sahəsindəki yeniliklərini – İMS və DWDM texnologiyalarının üstünlüklərini nümayiş etdiriblər.
Qeyd edək ki, İMS (İP Multimedia Subsystem) – İP protokolu ilə işləyən multimedia alt sistemidir. Bu texnologiya sabit və mobil telefon şəbəkələrinin konvergensiyası üçün istifadə olunur. İMS texnologiyasının şəbəkələrdə tətbiqi müxtəlif növ multimedia xidmətlərindən həm sabit, həm də mobil şəbəkə istifadəçilərinin çox asanlıqla istifadə etmələrinə imkan yaradır.
DWDM texnologiyası – dalğa uzunluğuna görə sıxlaşdırma prinsipi ilə işləyən xüsusilə magistral transport (nəqliyyat) şəbəkələrində geniş tətbiq olunan optik texnologiyadır. Magistral transport şəbəkələrində olan böyükhəcmli trafiklərin yüksək sürətlə uzaq məsafələrə daşınmasını təmin edən müasir tipli avadanlıqdır.
Aynur Vəliyeva
Baxış sayı: 1674
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır