12px13px15px17px
Tarix:07/02/15

Koreya Azərbaycanda bir sıra İKT layihələri həyata keçirəcək

Koreya Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə bir sıra layihələr həyata keçirəcək. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Koreyanın Azərbaycandakı səlahiyyətli səfiri Çoi Suk İn məlumat verib.
 
Elektron Hökumət Təlim-Tədris Mərkəzinin açılışı zamanı çıxış edən səfir Azərbaycan-Koreya əlaqələrindən, İKT və elektron hökumət layihəsi üzrə qurulan əməkdaşlıqdan söz açıb. Bu vaxta qədər ölkəsinin Azərbaycanda İKT istiqamətində həyata keçirilən bir sıra layihələrdə iştirak etdiyini və bundan məmnunluğunu ifadə edən Çoi Suk İn reallaşdırılan proyektlərin müsbət nəticələr verdiyini və buna görə də yeni layihələrin həyata keçirilməsinə zəmin yarandığını qeyd edib. Azərbaycanın İKT sahəsində gündən-günə uğurlar qazandığını vurğulayan səfir Koreya şirkətlərinin ölkəmizə böyük maraq göstərdiyini dilə gətirib.
 
O qeyd edib ki, Koreya informasiya-kommunikasiya texnologiyaları istiqamətində əldə etdiyi təcrübələri Azərbaycanla bölüşməyə hər zaman hazırdır:
 
 "Hər iki ölkə arasında elektron hökumət üzrə qurulan əməkdaşlıq yüksələn xətlə  davam etdirilir. Bu əməkdaşlıq bizə səylərimizi birləşdirməyə imkan verir".
 
SEYMUR



Baxış sayı: 1305

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Oktyabr 2024

03 10 2024