Tarix:08/06/11
“Dəyirmi masa”da çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Azərbaycanın kosmik sənayenin inkişafı, rəqəmli televiziya və internet iqtisadiyyatının qurulması istiqamətində Fransa ilə birgə əməkdaşlığa maraqlı olduğunu qeyd edib.
Öz növbəsində Fransa tərəfi Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib və kosmik sənayenin sülh məqsədi ilə istifadəsində ölkəmizlə əməkdaşlığa hazır olduqlarını bildirib. Daha sonra hər iki ölkənin İT və telekommunikasiya şirkətlərinin nümayəndələri müzakirələri işçi şəraitində davam etdirib.
Sonda Bakıda Azərbaycanın aparıcı İKT şirkətləri ilə Fransanın sahə üzrə fəaliyyət göstərən şirkətləri arasında Fransa-Azərbaycan İKT Forumunun təşkil edilməsi qərara alınıb.
Görüşlərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
Fransa Azərbaycanda kosmik sənayenin inkişafını müsbət qiymətləndirib
BMT-nin Baş katibi Pan Gi Munun himayəsi altında yaradılmış Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyanın(RİGK) 3-cü iclasında iştirak etmək üçün Fransada səfərdə olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov səfər çərçivəsində “Ariane Space” şirkətinin prezidenti, cənab Jan-İv Le Qalla, eləcə də, Fransanın energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla görüşüb. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Sonra hər iki nazirin rəhbərliyilə Azərbaycan və Fransa İKT şirkətlərinin iştirakı ilə “dəyirmi masa” təşkil olunub.“Dəyirmi masa”da çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Azərbaycanın kosmik sənayenin inkişafı, rəqəmli televiziya və internet iqtisadiyyatının qurulması istiqamətində Fransa ilə birgə əməkdaşlığa maraqlı olduğunu qeyd edib.
Öz növbəsində Fransa tərəfi Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib və kosmik sənayenin sülh məqsədi ilə istifadəsində ölkəmizlə əməkdaşlığa hazır olduqlarını bildirib. Daha sonra hər iki ölkənin İT və telekommunikasiya şirkətlərinin nümayəndələri müzakirələri işçi şəraitində davam etdirib.
Sonda Bakıda Azərbaycanın aparıcı İKT şirkətləri ilə Fransanın sahə üzrə fəaliyyət göstərən şirkətləri arasında Fransa-Azərbaycan İKT Forumunun təşkil edilməsi qərara alınıb.
Görüşlərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
Baxış sayı: 1140
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı