Tarix:07/02/15
“Gartner” analitik şirkətinin bir sıra şirkətlərin İT xidmətləri və kommersiya bölmələrinin rəyini öyrəndiyi rəhbərlərinin 40 faizi belə düşünür. Rəyi sorşulanların 60 faizi güman edir ki, “Əşyalar interneti”nin təsirini uzaq perspektivdə - beş və ya daha çox müddətdən sonra görmək mümkün olacaq.
Analitiklərin sözlərinə görə, təşkilatların əksəriyyəti indi-indi “Əşyalar interneti”nin texnologiyaları ilə sınaqlar keçirir və onların yalnız cüzi hissəsi texnologiyanı istehsalatda tətbiq edə bilib. Bununla belə, rabitə və məlumat emalı qiymətlərinin ucuzlaşması tədricən iqtisadi maneələri aradan qaldırır. "Gartner” mütəxəssislərinin fikrincə, hazırda əsas problem intellektual qurğuların və yeni ekosistemlərin biznes üçün hansı imkanlar təqdim etməsini anlamaqdan ibarətdir.
Bu vaxtadək təşkilatların yalnız dörddə bir hissəsi “Əşyalar interneti” texnologiyalarının tətbiqinin hansı şöbələrə həvalə ediləcəyini müəyyənləşdirib. Respondentlərin çoxu onu da qeyd edib ki, şirkətlərin yuxarı rəhbərliyi səviyyəsində bu texnologiyaların potensialı haqqında təsəvvür zəifdir. Bildirilir ki, vəziyyət kommunikasiya və xidmət sahələri şirkətlərində bir qədər ürəkaçan olsa da, dövlət təşkilatlarında, təhsil, maliyyə və sığorta müəssisələrində pisdir, - "Computerworld” yazır.
“Gartner”: “Təşkilatların 40 faizindən çoxu “Əşyaların interneti”nin biznesə əhəmiyyətli təsirini gözləyir”
Artıq yaxın üç ildə “Əşyaların interneti” biznesi kökündən dəyişdirərək xeyli maddi vəsaitə qənaət etməyə və ya yeni gəlir mənbələri əldə etməyə imkan verəcək.“Gartner” analitik şirkətinin bir sıra şirkətlərin İT xidmətləri və kommersiya bölmələrinin rəyini öyrəndiyi rəhbərlərinin 40 faizi belə düşünür. Rəyi sorşulanların 60 faizi güman edir ki, “Əşyalar interneti”nin təsirini uzaq perspektivdə - beş və ya daha çox müddətdən sonra görmək mümkün olacaq.
Analitiklərin sözlərinə görə, təşkilatların əksəriyyəti indi-indi “Əşyalar interneti”nin texnologiyaları ilə sınaqlar keçirir və onların yalnız cüzi hissəsi texnologiyanı istehsalatda tətbiq edə bilib. Bununla belə, rabitə və məlumat emalı qiymətlərinin ucuzlaşması tədricən iqtisadi maneələri aradan qaldırır. "Gartner” mütəxəssislərinin fikrincə, hazırda əsas problem intellektual qurğuların və yeni ekosistemlərin biznes üçün hansı imkanlar təqdim etməsini anlamaqdan ibarətdir.
Bu vaxtadək təşkilatların yalnız dörddə bir hissəsi “Əşyalar interneti” texnologiyalarının tətbiqinin hansı şöbələrə həvalə ediləcəyini müəyyənləşdirib. Respondentlərin çoxu onu da qeyd edib ki, şirkətlərin yuxarı rəhbərliyi səviyyəsində bu texnologiyaların potensialı haqqında təsəvvür zəifdir. Bildirilir ki, vəziyyət kommunikasiya və xidmət sahələri şirkətlərində bir qədər ürəkaçan olsa da, dövlət təşkilatlarında, təhsil, maliyyə və sığorta müəssisələrində pisdir, - "Computerworld” yazır.
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib