12px13px15px17px
Tarix:07/02/15

“Vikipediya”nın əməkdaşı eyni qrammatik səhvi 47 min dəfə düzəldib

“Vikipediya” onlayn ensiklopediyasının ingilisdilli versiyasının ən fəal redaktorlarından biri, 51 yaşlı mühəndis-proqramçı Brayan Henderson son 7 ildə 47 min düzəliş edib.

Bu halda düzəldilən səhv eyni olub.

Məlum olub ki, məqalə dərc edənlərin bir çoxu "composed of" əvəzinə "comprised of"dan istifadə edir. Saytda mütəmadi bu səhv edilir. Digər redaktorlar isə dərc edilmiş məqalələrin məzmununu yoxlamaq, həmçinin saytın stil və qrammatikasının qaydaya salınması üzrə kökləniblər.

"ICTnews" elektron xəbər xidməti “tgdaily.ru” saytına istinadən bildirir ki, Henderson öz işi ilə fəxr etdiyini deyib.

Emil Hüseynov



Baxış sayı: 685

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024