12px13px15px17px
Tarix:07/02/15

Türkiyənin tanınmış şirkətlərinin rəhbər nümayəndələri ilə görüş keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində  Türkiyənin tanınmış şirkətlərinin rəhbər nümayəndələri və Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) təmsilçiləri ilə görüş keçirilib.

Nazir Əli Abbasovun iştirakı ilə keçirilən görüşdə Azərbaycanda innovativ sənaye quruculuğu istiqamətində atılan addımlardan söz açılıb.
 
Qeyd olunub ki, bu istiqamətdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın modernləşməsi, innovativ və elmtutumlu iqtisadiyyatın formalaşması, yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsinə böyük önəm verilir.
 
Həmçinin, elmi araşdırmalar, elmtutumlu texnoloji xidmət və məhsulların istehsalına üstünlük verildiyi, bu aspektdə universitet-sənaye müəssisələri arasında iş birliyinin gücləndirilməsi xüsusi vurğulanıb.
 
Daha sonra Türkiyə şirkətlərini təmsil edən nümayəndə heyəti Azərbaycanla əməkdaşlığa göstərilən maraqdan söz açaraq, yeni əməkdaşlıq istiqamətləri üzrə konkret təkliflərini səsləndiriblər.
Görüşdə MİTEK şirkətlər qrupunun təklifi ilə Xəzər Universitetində texnoparkın yaradılması və bunun Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənməsi məsələsi müzakirə olunmuşdur.



Baxış sayı: 952

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024