12px13px15px17px
Tarix:09/02/15

Bill Qeyts: Mobil bankçılıq milyonlarla insanın həyatını dəyişdirəcək

Cari ilin fevralında Bill Qeyts “The Verge” nəşri üçün dəvət edilmiş redaktor kimi çıxış edəcək. “Microsoft” korporasiyasının banisi bir sıra video və məqalələrdə 2030-cu ilədək texnologiyaların yoxsul əhalinin həyatını necə dəyişdirməsi ilə bağlı öz proqnozlarını bölüşəcək. Bu yaxınlarda Qeyts mobil bankçılığın böyük potensialı mövzusunda öz fikirlərini səsləndirib.



 

Növbəti 15 ildə mobil bankçılıq (“digital banking”) milyonlarla insanın həyatına standart maliyyə xidmətləri və təhlükəsizlik anlayışını daxil edəcək. Bu, əhalinin yoxsul təbəqələrinə öz aktivləri üzərində daha çox nəzarət etməyə imkan verəcək və onların həyatını dəyişdirməyə kömək edəcək – Qeyts iddia edir.
“Digital banking” bütün insanları maliyyə baxımından bərabərləşdirəcək.
 
Sahibkar bildirir ki, əgər siz tibbi yardıma ehtiyac duyursunuzsa, sizə uşağınızın məktəb haqqını ödəmək, pul toplamaq və ya borc vermək, öz xərclərini planlaşdırmaq lazımdırsa, deməli, mobil bankçılıq çox vacibdir. Bu, birinci məqamdır. Yoxsul insanlar adətən belə mühüm məqamları nəzərə almırlar. Bəzən yoxsul ölkələrdə ailə öz uşaqlarının təhsil haqqını ödəmək imkanına malik olanadək sonuncular məktəbə getmir.

 
2030-cü ilədək 2 milyard insan mobil bankçılıqdan istifadə edəcək.






Əvvəlki bank sistemində, hətta ən kiçik əməliyyatlar pul itkisi ilə nəticələnirdi. Yeni rəqəmli dünyada 15 faiz bank əməliyyatlarına 2 faizədək komissiya yığımı düşür ki, bu da ən yoxsul insanlar üçün böyük qənaət deməkdir.

Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 701

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024