Tarix:10/02/15
Hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının "Təhlükəsiz internet" proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (European Safer Internet Network) tərəfindən təşkil olunur.
Bayram ərəfəsində 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre) fəaliyyətinin ikinci ilinin yekunlarını açıqlayıb. Bu müddət ərzində mərkəz tərəfindən internetdə fırıldaqçılığa, maliyyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılmasına qarşı böyük əməliyyatlar keçirilib. Təşkilat rəhbəri Truls Ertinq bildirib ki, ötən il onun rəhbərlik etdiyi qurum fəal çalışaraq Avropa İttifaqının (Aİ) hüquq-mühafizə orqanlarına transsərhəd kibercinayətlərin qarşısını almaqda və araşdırılmasında yardımçı olub.
Bu yaxınlarda keçirilən sorğunun nəticələrinə əsasən, Avropa internet istifadəçilərinin 12 faizi sosial şəbəkə və ya elektron poçtlarının hesablarının sındırılmasını, 7 faizi internetdə kredit kartlarından və ya bank hesablarından pul vəsaitlərinin oğurlanmasının qurbanı olmasını bildirib.
Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir.
Mərkəzin hesabatında deyilir ki, hazırda dünyada 2,5 milyard insan internet istifadəçisidir, daha yarım milyard istifadəçi yaxın dörd ildə onların sırasına qoşulacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, öz növbəsində kibercinayətkarlıq da artacaq və artıq bu gün onun həyəcanlandırıcı tendensiyalarını müşahidə etmək mümkündür, - "IT Expert" yazır.
Bu gün Beynəlxalq Təhlükəsiz İnternet Günüdür
Hər il fevralın ikinci çərşənbə axşamı dünyanın əksər ölkələrində Beynəlxalq Təhlükəsiz İnternet Günü (İnternational Safer Internet Day) qeyd olunur. Bu il bayram "Pozitiv interneti birlikdə yaradaq" şüarı ilə keçirilir.Hazırda 110-dan çox ölkədə qeyd edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü 2004-cü ildən Avropa Komissiyasının "Təhlükəsiz internet" proqramı çərçivəsində fəaliyyət göstərən Avropa Təhlükəsiz İnternet Şəbəkəsi (European Safer Internet Network) tərəfindən təşkil olunur.
Bayram ərəfəsində 2013-cü ildə yaradılan Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre) fəaliyyətinin ikinci ilinin yekunlarını açıqlayıb. Bu müddət ərzində mərkəz tərəfindən internetdə fırıldaqçılığa, maliyyə saytlarına müdaxiləyə və uşaq pornoqrafiyasının yayılmasına qarşı böyük əməliyyatlar keçirilib. Təşkilat rəhbəri Truls Ertinq bildirib ki, ötən il onun rəhbərlik etdiyi qurum fəal çalışaraq Avropa İttifaqının (Aİ) hüquq-mühafizə orqanlarına transsərhəd kibercinayətlərin qarşısını almaqda və araşdırılmasında yardımçı olub.
Bu yaxınlarda keçirilən sorğunun nəticələrinə əsasən, Avropa internet istifadəçilərinin 12 faizi sosial şəbəkə və ya elektron poçtlarının hesablarının sındırılmasını, 7 faizi internetdə kredit kartlarından və ya bank hesablarından pul vəsaitlərinin oğurlanmasının qurbanı olmasını bildirib.
Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşdırılıb. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir.
Mərkəzin hesabatında deyilir ki, hazırda dünyada 2,5 milyard insan internet istifadəçisidir, daha yarım milyard istifadəçi yaxın dörd ildə onların sırasına qoşulacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, öz növbəsində kibercinayətkarlıq da artacaq və artıq bu gün onun həyəcanlandırıcı tendensiyalarını müşahidə etmək mümkündür, - "IT Expert" yazır.
Baxış sayı: 745
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib