12px13px15px17px
Tarix:10/02/15

Elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı 2014-2018-ci illəri əhatə edən Tədbirlər Planının icrasına başlanılıb

Ölkədə elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı 2014-2018-ci illəri əhatə edən Tədbirlər Planı müəyyən olunaraq icrasına başlanılıb. Artıq 15 məhkəmədə elektron məhkəmə sisteminin müxtəlif komponentlərinin sınaq rejimində tətbiq edilir, hakim və məhkəmə aparatı işçiləri müvafiq təlimlərə cəlb olunurlar.
 
Bu barədə ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında məlumat verilib.
 
Qeyd edilib ki, ötən il Ədliyyə Nazirliyi tərəfindən 720 qanunvericilik aktının layihəsi hazırlanıb, ictimai həyatın müxtəlif sahələrini tənzimləyən 2.650 belə akt hüquqi ekspertizadan keçirilib, 2.170 sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.
 
Reyestrin elektron variantının (huquqiaktlar.gov.az) və milli qanunvericiliyin elektron bazasının (e-qanun.az) ictimaiyyət üçün açıqlığı təmin edilib, qanunvericilik bazalarına vətəndaşlar tərəfindən 180 minə yaxın başçəkmə olub.
 
 Eyni zamanda yerli özünüidarə orqanlarının fəaliyyətinə dair bütün zəruri məlumatları əhatə edən Azərbaycan bələdiyyələrinin elektron portalı yaradılıb və bələdiyyələrin milli assosiasiyalarının iştirakı ilə geniş təqdimatı keçirilib. Həmçinin qeyd olunub ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir.
 
 Bununla yanaşı, yuvenal ədliyyənin inkişafına xüsusi diqqət yetirilərək YUNİSEF-lə birgə layihə çərçivəsində yeniyetmələrin cinayət işləri üzrə ədalət mühakiməsi həyata keçirilərkən onların hüquqlarının müdafiəsinin gücləndirilməsi, yeni yanaşmaların və müasir İKT-lərin tətbiqi, yuvenal ədliyyə sahəsində təlimlərin keçirilməsi və s. ilə bağlı tədbirlər görülüb.
 
İclasda fəaliyyətdə şəffaflığın daha da artırılması, ictimai iştirakçılığın, habelə elektron xidmətlərin tətbiqinin və elektron sənəd dövriyyəsinin genişləndirilməsi və s. aidiyyəti tapşırıqlar verilib.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 649

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024