12px13px15px17px
Tarix:10/02/15

Mobil texnologiyalar kiçik və orta biznesin artımına necə kömək edir?

Kiçik və orta müəssisələrin 25 faizi mobil texnologiyaları tətbiq etməklə gəlirlərini iki dəfə, iş yerlərini səkkiz dəfə artırıb. Müəssisə nümayəndələri həmçinin qeyd ediblər ki, onların biznesinə aid axtarış sorğularının 50 faizi mobil qurğulardan daxil olur. Dünyada istehlakçılar mobil texnologiyalara o qədər dəyər verirlər ki, onların əksəriyyəti hətta il ərzində mobil telefonlarını qorumaq üçün müxtəlif əyləncələrdən belə imtina etməyə hazırdırlar.  
 
Bu barədə “Boston Consulting Group” və “Qualcomm” şirkətlərinin "The Mobile Revolution: How Mobile Technologies Drive A Trillion-Dollar Impact” hesabatında deyilir. Şirkətlər birlikdə altı ölkədə - ABŞ, Almaniya, Cənubi Koreya, Braziliya, Çin və Hindistanda mobil texnologiyalarla bağlı tədqiqat aparıblar. Qeyd olunan altı dövlət dünyada ümumi daxili məhsulun (ÜDM) 47 faizini istehsal edir və mobil texnologiyaların qlobal iqtisadi artıma necə xidmət göstərməsinin təhlili üçün əsas yaradır. 2014-cü ildə mobil texnologiyaların bu ölkələrdə ÜDM-də payı 2-4 faizə, Cənubi Koreyada 11 faizə (143 milyard dollar) bərabər olub.   
 
Tədqiqatın əsas nəticələri aşağıdakılardır:
 
  • Mobil texnologiyalar kiçik və orta müəssisələr üçün artım qüvvəsidir. Mobil texnologiyalar sahə üzrə qlobal məşğuliyyətin 11 milyonluq iş yerini katalizə edir. “Boston Consulting Group” mütəxəssisləri müəyyən ediblər ki, mobil texnologiyalara vençur investisiyalar 2014-cü ildə iki dəfə artaraq 8 faiz və ya 37 milyard dollar təşkil edib.
 
  • Mobil kontent və əlavələr 2014-cü ildə dünyada mədaxilin 530 milyard dollarını generasiya edib; pərakəndə şəbəkələr vasitəsilə mobil qurğuların satışı 520 milyard dollar, müqavilə əsasında istehsalla məşğul olan şirkətlər (OEM-istehsalçılar) vasitəsilə satılan mobil qurğular 450 milyard dollar olub. Araşdırma göstərib ki, mobil texnologiyalar ötən il ümumilikdə 3,3 trilyon dollar gəlir gətirib.
 
 
  • Mobil texnologiyalar sahəsində vençur maliyyələşmənin həcmi 2010-2014-cü illərdə iki dəfə artıb.
 
  • Mobil texnologiyalarda əqli mülkiyyət sahibləri və komplekt hissələr konstruktorları yeni işləmələrə investisiya edilən mədaxil faizinə görə yalnız biotexnologiyalardan geri qalır.
 
 
  • Mobil texnologiyalardan müştərilərlə əlaqədə qalmaq və işi optimallaşdırmaq üçün istifadə edən kiçik və orta müəssisələr mədaxili iki dəfə daha tez artırır və səkkiz dəfə daha çox iş yeri açır.
 
  • Mobil lider ölkələr arasında kiçik və orta müəssisələrin 60 faizinin nümayəndələri bildirib ki, mobil texnologiyalara sərmayələr onların biznesi üçün əsas prioritetdir.
 
 
  • Dünya istehlakçıları mobil texnologiyaları gəlirlərinin 11-45 faizi həcmində qiymətləndirir. Hindistan istehlakçılarının aylıq gəlirində onların payı 45 faizə bərabərdir. Sonrakı yerlərdə Çin (43 faiz) və Braziliya (20 faiz) qərarlaşıb. Bu, onların hər ay operatorlara ödədiklərindən xeyli çoxdur.
 
  • İl ərzində evdən kənarda şam etməyə 64 faiz, həftədə bir gün istirahət etməyə 51 faiz, ev və ya mənzilin 20 faizini kirayəyə verməyi 20 faiz üstün tutur. Bir o qədər respondent mobil telefonlardan istifadə etmək imkanından məhrum olmamaq üçün öz rahatlığından imtina etməyə hazırdır.
 
 
  • Mobil texnologiyalara investisiyalar kommersiya uğuru qazanmazdan əvvəl tez-tez daimi rəqabətlə və problemlərlə üzləşir.
 
Kiçik və orta müəssisələr 2014-cü ildə dünyada mobil ödənişlərin 2010-cu ildəki 210 milyard dollarla müqayisədə 630 milyard dollarını generasiya edib, - "Telekomza ” yazır.



Baxış sayı: 724

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024