12px13px15px17px
Tarix:11/02/15

ABŞ istehsalçısı günəş enerjisinə 850 milyon dollar yatıracaq

ABŞ-ın “Apple” şirkəti “First Solar” günəş fotoelementləri istehsalçısı ilə birlikdə günəş elektrostansiyasının tikintisinə 850 milyon dollar yatıracaq.
 
Şirkətin baş direktoru Tim Kukun "Goldman Sachs” texnoloji konfransında dediyinə görə, layihə Kaliforniyada həyata keçiriləcək və perspektivdə 60 min evi, “Apple”ın Kupertino şəhərində yerləşən mənzil-qərargahını və 52 “Apple Store” mağazasını elektrik enerjisi ilə təmin edəcək.
 
“Biz anlayırıq ki, iqlim dəyişiklikləri realdır. Bu barədə danışmağın artıq vaxtı keçib, hərəkətə keçmək lazımdır”, - T.Kuk bildirib.
 
Qeyd edək ki, “First Solar” şirkəti günəş enerjisinin elektrik enerjisinə çevrilməsi üçün panellər istehsal edir, eləcə də günəş elektrostansiyaları yaradır. “Apple” ilə birlikdə layihənin həyata keçirilməsi 2015-ci ildə başlayacaq və növbəti ilin sonunadək başa çatacaq.
 
Ötən il dünyada günəş enerjisinin gücü 138 giqavatdan 185 giqavatadək artıb. Dünya energetikasının ümumi gücünün 6000 giqavatt olması nəzərə alınmaqla günəş elektrostansiyalarının payı artıq 3 faizi ötüb, - "Lenta” yazır.



Baxış sayı: 677

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024