Tarix:11/02/15
Akademiyadan bildirilib ki, AMEA prezidenti, akademik Akif Əlizadə İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini, İran XİN-in Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-İran əlaqələrinin tarixi, hər iki ölkə alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışılıb.
Bildirilib ki, bu əlaqələrin daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Akademiyanın yaranma tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri haqqında qonağa məlumat verən akademik Akif Əlizadə AMEA-da aparılan tədqiqatların istiqamətləri, o cümlədən son zamanlar yeni elmi istiqamət kimi formalaşdırılan palçıq vulkanlarının tədqiqi sahəsində görülən işlərdən söz açıb.
AMEA-da elm və təhsilin inteqrasiyası, bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışan akademik İran elminin yeniliklərini də yüksək qiymətləndirib.
Hadi Süleymanpur İran İslam Respublikasında elm və təhsil, xüsusilə də tibb, nanotexnologiyalar, biotexnologiyalar və s. istiqamətlərdə aparılan tədqiqatlar və onların nəticələri haqqında məlumat verib.
Qonaq, eyni zamanda, AMEA rəhbərini elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə İran İslam Respublikasına dəvət edib.
Həqiqət İSABALAYEVA
İranın nano və biotexnologiyalar sahəsindəki təcrübəsi Azərbaycan Milli Elmlər Akademiyası ilə bölüşülüb
İranın nano və biotexnologiyalar sahəsindəki təcrübəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bölüşülüb.Akademiyadan bildirilib ki, AMEA prezidenti, akademik Akif Əlizadə İran İslam Respublikasının Xarici İşlər nazirinin müavini, İran XİN-in Beynəlxalq Təhsil və Tədqiqatlar Mərkəzinin direktoru Hadi Süleymanpurun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan-İran əlaqələrinin tarixi, hər iki ölkə alimlərinin müxtəlif sahələrdə əməkdaşlıq və dostluq münasibətlərindən danışılıb.
Bildirilib ki, bu əlaqələrin daha da genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Akademiyanın yaranma tarixi və bu ilin noyabr ayında keçiriləcək 70 illik yubiley tədbirləri haqqında qonağa məlumat verən akademik Akif Əlizadə AMEA-da aparılan tədqiqatların istiqamətləri, o cümlədən son zamanlar yeni elmi istiqamət kimi formalaşdırılan palçıq vulkanlarının tədqiqi sahəsində görülən işlərdən söz açıb.
AMEA-da elm və təhsilin inteqrasiyası, bu istiqamətdə həyata keçiriləcək layihələrdən danışan akademik İran elminin yeniliklərini də yüksək qiymətləndirib.
Hadi Süleymanpur İran İslam Respublikasında elm və təhsil, xüsusilə də tibb, nanotexnologiyalar, biotexnologiyalar və s. istiqamətlərdə aparılan tədqiqatlar və onların nəticələri haqqında məlumat verib.
Qonaq, eyni zamanda, AMEA rəhbərini elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə İran İslam Respublikasına dəvət edib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 617
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır